XİN rəhbəri İsraildəki terror aktı ilə bağlı açıqlama verib: “Terror qalib gələ bilməz”
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, nazir hadisə nəticəsində həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib, yaralananlara isə tezliklə sağalmalarını arzulayıb.
“Beyt-Şean və Afula ətrafında baş verən terror hücumları zamanı həlak olan insanların acısı qəlbimizi parçalayır. Ailələrin yaşadığı dərin kədəri bölüşür, yaralananlara şəfa diləyirəm”, – deyə Saar qeyd edib.
Nazirin sözlərinə görə, Fələstin Muxtariyyəti beynəlxalq ictimaiyyəti aldatmaqda davam edir. O bildirib ki, terrorçulara və onların ailə üzvlərinə maaş ödənilməsi faktiki olaraq zorakılığın təşviqi anlamına gəlir. Saarın fikrincə, bu cür siyasət terror fəaliyyətinə dolayısı ilə dəstək verir və regionda gərginliyi daha da artırır.
“Biz açıq şəkildə bəyan edirik: terror qalib gələ bilməz. İsrail öz torpağında təhlükəsizliyi və dövlət hakimiyyətini daha da möhkəmləndirməyə davam edəcək”, – deyə nazir vurğulayıb.
Xatırladaq ki, Beyt-Şean, Tel-Yosef və Afula bölgələrində baş verən hücumlar nəticəsində 19 yaşlı bir qız və 68 yaşlı bir kişi həyatını itirib. Daha bir zərərçəkən – 16 yaşlı yeniyetmə yüngül xəsarət alıb. Hücumu həyata keçirən şəxs təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Hadisə İsraildə təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub və rəsmi dairələr terrora qarşı mübarizənin davam etdiriləcəyini bildiriblər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 26 Dekabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















