Icma.az
close
up
RU
XİN rəhbərinin müavini Nyu York şəhərində səfərdə olub

XİN rəhbərinin müavini Nyu York şəhərində səfərdə olub

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

13-17 iyul tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak etmək məqsədilə Nyu-York şəhərində səfərdə olub.

XİN-dən APA-ya verilən xəbərə görə, nazirlər seqmentində çıxışı zamanı Fariz Rzayev Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə sadiqliyini təsdiqləyərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində əldə olunmuş irəliləyişlərdən bəhs edib.

O, Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə ağıllı və yaşıl şəhər və kəndlərin qurulduğunu, keçmiş məcburi köçkünlərin mərhələli qayıdışının təmin edildiyini bildirərək, humanitar minatəmizləmənin dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Nazir müavini, həmçinin Azərbaycanın COP29-a, 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi, eləcə də humanitar yardım və texniki əməkdaşlıq vasitəsilə qlobal dayanıqlı inkişafa verdiyi töhfələri qeyd edib.

BMT Baş Assambleyasının “Gələcək üçün Pakt üzrə mövcud vəziyyətin qiymətləndirilməsi” mövzusunda keçirilmiş qeyri-rəsmi nazirlər iclasında çıxış edən Fariz Rzayev Gələcək üçün Paktın praktiki icraya, milli prioritetlərə və konkret nəticələrə yönəlməsinin vacibliyini vurğulayıb. İnkişaf etməkdə olan ölkələr üçün maliyyə, texnologiya transferi və bərabər tərəfdaşlığa əsaslanan çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

O, eyni zamanda, Azərbaycanın enerji və bağlantılar sahələrində etibarlı tərəfdaş kimi rolu barədə məlumat verib.

Forum zamanı BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən keçirilmiş tədbirdə çıxış edən Fariz Rzayev Komissiya və BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) regionda dayanıqlı inkişafın və iqtisadi əməkdaşlığın təşviqində mühüm rolunu vurğulayıb. Nazir müavini ESCAP-ın 82-ci sessiyasının sədri qismində Azərbaycanın bu fəaliyyətə töhfə verməyə davam edəcəyini bildirərək, SPECA-nın nəqliyyat, ticarət, rəqəmsallaşma, enerji və innovasiya sahələrində praktiki əməkdaşlığın inkişafına dəstək göstərə biləcəyini qeyd edib.

Daha sonra “Milli Dayanıqlı İnkişaf Məqsədləri: Partlamamış hərbi sursatlar/Mina fəaliyyəti və beynəlxalq hüquqi mexanizmlərdən istifadə edilməklə 2030 Gündəliyinin sürətləndirilməsi” adlı tədbirdə çıxış edən Fariz Rzayev humanitar minatəmizləmənin ölkəmizdə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edildiyini bildirib və münaqişədən sonra işğaldan azad edilmiş ərazilərdə minaların yaratdığı təhlükələrdən, onun bərpa-quruculuq işlərinə, məcburi köçkünlərin qayıdışına maneələrindən bəhs edib.

Nyu-York şəhərinə səfəri zamanı Fariz Rzayev, həmçinin bir sıra ölkələrin xarici işlər nazirlərinin müavinləri və BMT yanında daimi nümayəndələri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzlərinin təmsilçiləri ilə dəyirmi masa müzakirələrində iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 İyul 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri