Xırda şriftlərlə yazılan yazılara fikir vermədən müqaviləni imzalayırlar, sonra da... İqtisadçıdan vacib AÇIQLAMA
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Bank kartlarından oğurluq halları artmaqda davam edir. Təbii ki, bu, insanların banklara inamsızlığına da təsirsiz ötüşmür.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirdi ki, bank kartlarından insanların vəsaitinin itməsi və yaxud oğurlanması ikili məsuliyyət yaradır.
"Həm vətəndaşın, həm də bankların məsuliyyəti var. Sadəcə problem odur ki, insanlar banklarla müqavilə bağlayarkən, kartları alarkən, hesab açarkən xırda şriftlərlə yazılan yazılara fikir vermədən müqaviləni imzalayırlar. Orada belə bir qeydlər var ki, vətəndaşın günahı ücbatından, yəni vətəndaş öz bank kartının məlumatlarını başqa şəxsə ötürərsə, bu zaman bank məsuliyyətdən kənarda qalır. Əgər vətəndaş şübhəli əməliyyat görüb banka məlumat verirsə və bank bunun qarşısını almırsa, bu zaman bank məsuliyyət daşıyır və vətəndaşın vəsaitini qaytarmalıdır. Buna görə də burada ikili məsuliyyət prinsipi var", - deyə ekspert vurğuladı.
BƏNÖVŞƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 28 Yanvar 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















