Icma.az
close
up
RU
® “Xırdalan 0.0”ın tərəfdaşlığı ilə “Baku Investment Day 2025” uğurla keçirilib

® “Xırdalan 0.0”ın tərəfdaşlığı ilə “Baku Investment Day 2025” uğurla keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın aparıcı startap və innovasiya platformalarından biri olan “Baku Investment Day 2025” bu il “Xırdalan 0.0”ın baş tərəfdaşlığı ilə keçirilib.

Tədbir Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika regionlarını əhatə edərək, investorları, innovatorları və startapları bir araya gətirən mühüm əməkdaşlıq və tərəfdaşlıq platforması kimi çıxış edib. “Baku Investment Day” bir tək texnoloji irəliləyişləri deyil, həm də sahibkarlıq ruhunu təşviq edərək, regionda iqtisadi və innovativ inkişaf üçün strateji əhəmiyyət daşıyır.

Tədbirin əsas tərəfdaşlarından biri olan “Xırdalan 0.0”, yerli istehsalın və dayanıqlı texnologiyaların önəmini vurğulamaqla innovativ təşəbbüslərə dəstəyini bir daha nümayiş etdirib. Tədbir çərçivəsində “Carlsberg Azerbaijan”ın marketinq direktoru Anton Panasenko çıxış edərək “Xırdalan 0.0” haqqında məlumat verib. O, bu məhsulun tam yerli arpadan hazırlanmış və ölkədə istehsal edilən ilk tam alkoqolsuz pivə olduğunu vurğulayıb.

“Xırdalan 0.0” 100 faiz Azərbaycan istehsalı olan, yüksək texnologiyalarla hazırlanmış, zəngin ətir və dad balansına malik alkoqolsuz lager pivəsidir. Məhsulun keyfiyyəti və texnoloji üstünlüyü, 1875-ci ildən fəaliyyət göstərən və pivəbişirmə sahəsində qlobal yeniliklərə imza atan “Carlsberg” Tədqiqat Laboratoriyasının uğurlarına əsaslanır.

“Baku İnvestment Day” tədbirindən bir müddət əvvəl isə İqtisadiyyat Nazirliyi ilə "Carlsberg Azerbaijan" şirkəti arasında 2025–2030-cu illəri əhatə edən anlaşma memorandumu da imzalanıb. Sənədin icrası xammal və qablaşdırma materiallarının lokallaşdırılmasına, tam yerli istehsalın təmin edilməsinə, ətraf mühitin qorunmasına töhfə verəcək.

Xatırladaq ki, 2022-ci ildən etibarən hər il keçirilən “Baku Investment Day” indiyədək 1,5 milyon ABŞ dolları həcmində investisiya cəlb edib. Tədbirə 100-ə yaxın tərəfdaş və sponsor dəstək göstərib, 275-dən çox startap iştirak edib.

Şirkət haqqında məlumat:

"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə - Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitrdir. Şirkətdə təxminən 250 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə “Xırdalan”, “Carlsberg”, “Tuborg”, “Kronenbourg Blanc 1664”, “Əfsanə” kimi məşhur brendlər daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see169

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see130

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see128

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri