Icma.az
close
up
RU
® Sürət, enerji, zövq Bakı Marafonunda “Xırdalan 0.0” ilə!

® Sürət, enerji, zövq Bakı Marafonunda “Xırdalan 0.0” ilə!

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Carlsberg Group”un qabaqcıl innovativ texnologiyalarını tətbiq edərək, Azərbaycanda yetişdirilən yerli arpadan istehsal olunan “Xırdalan 0.0” alkoqolsuz pivəsi mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Bakı Marafonunun növbəti dəfə əsas tərəfdaşlarından olub.

“Küləyə qalib gəl” şüarı altında səkkizinci dəfə keçirilən Bakı Marafonu sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyıb. Marafonun start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanı olub və yüksək iştirakçı aktivliyi ilə yadda qalıb.

İllərin unudulmaz dadı olan “Xırdalan” bu dəfə də tam alkoqolsuz “Xırdalan 0.0” pivəsi ilə marafon iştirakçılarına dəstək olub. “Xırdalan 0.0” həm də 100-dən çox iştirakçı ilə Marafona qoşulub.

Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, “Bakı Marafonu 2025”in tərəfdaşı “Xırdalan 0.0” pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibində konservant yoxdur. Keyfiyyətli mayadan hazırlanmış zəngin ətirli və nəfis dadlı lager pivəsi “Xırdalan 0.0” artıq istehlakçılar tərəfindən böyük rəğbət qazanıb.

“Carlsberg Azerbaijan”ın Baş direktoru Alius Antulis bildirib: “Minlərlə insanın marağına səbəb olan möhtəşəm Bakı Marafonunun tərəfdaşı olmaqdan qürur duyuruq. Ötən il təqdim olunan “Xırdalan 0.0” Azərbaycanda istehsal edilən ilk 0.0 faiz alkoqollu pivədir və marafon iştirakçılarına klassik pivə dadını qoruyaraq təravətlənmək imkanı təqdim edir.

Bu gün Bakı Marafonunu artıq üçüncü dəfə qaçıram və iştirakçıları buz kimi “Xırdalan 0.0” ilə finiş xəttində səbirsizliklə gözləyirəm!”

Qeyd edək ki, "Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə təxminən 250 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Kronenbourg Blanc 1664", "Əfsanə" kimi məşhur markalar daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:378
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri