Icma.az
close
up
RU
Xırdalan dörd Azərbaycan şəhəri arasında öndədir 15 dəqiqəlik şəhər”

Xırdalan dörd Azərbaycan şəhəri arasında öndədir 15 dəqiqəlik şəhər”

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi? 
Friendly City Index (FCI — şəhərlərdə həyat keyfiyyəti indeksi) sakinlərin gündəlik təcrübəsinə əsaslanan beynəlxalq araşdırmadır. Layihə çərçivəsində sorğu Bolt-un tərəfdaşlığı ilə “Syno International” şirkəti tərəfindən aparılıb. Layihə nəqliyyatın və xidmətlərin əlçatanlığından maliyyə rifahı və psixoloji sağlamlığadək müxtəlif mövzuları əhatə edir. Məqsəd sakinlərin qarşılaşdığı çətinlikləri və şəhər həyatında nəyin yaxşılaşdırılmasına ehtiyac olduğunu müəyyənləşdirməkdir.
Bəs “15 dəqiqəlik şəhər” nə deməkdir? Konsepsiyanın əsas ideyası iş, təhsil, alış-veriş, səhiyyə və istirahət imkanlarının evə yaxın yerləşməsi və gündəlik ehtiyacları qarşılamaq üçün uzun səfərlərə ehtiyacın azalmasıdır. Konsepsiyanın müəllifi, urbanist Karlos Moreno C40-a (iqlim dəyişikliyinə qarşı birgə fəaliyyət göstərən şəhər merlərinin qlobal şəbəkəsi) verdiyi müsahibədə  bunu “məsafələrin qısa olduğu yığcam və dayanıqlı şəhər” kimi təsvir edib.
2025-ci ildə araşdırma doqquz ölkənin 54 şəhərini əhatə edib. 2026-cı ildə isə layihənin əhatəsi 11 ölkə və 62 şəhərə genişlənib. Bu il Azərbaycandan Bakı, Sumqayıt, Xırdalan və Gəncə ilk dəfə araşdırmaya daxil edilib.
İndeksin reytinqlərindən biri sakinlərin gündəlik üz tutduqları ünvanlara 15 dəqiqə ərzində çata bilməsini qiymətləndirir. Bu göstərici üzrə sorğuda iştirak edən dörd Azərbaycan şəhəri arasında Xırdalan öndədir: burada respondentlərin 27%-i həmin müddətdə ünvanlarına çata bildiyini bildirib. Bakıda bu göstərici 14%, Sumqayıt və Gəncədə isə 13% təşkil edir.
Beynəlxalq müqayisədə Xorvatiyanın Pula və Latviyanın Oqre şəhərləri öndədir: hər iki şəhərdə respondentlərin 60%-i gündəlik üz tutduqları ünvanlara 15 dəqiqə ərzində çata bildiyini qeyd edib. Estoniyanın Kohtla-Yarve şəhəri isə 56%-lik göstərici ilə onları izləyir.
Azərbaycanda dörd şəhər üzrə respondentlərin ən çox qeyd etdiyi səfər müddəti 30 dəqiqədir — iştirakçıların 40%-i bu cavabı seçib. Ümumilikdə, respondentlərin 14,6%-i gündəlik ünvanlarına 15 dəqiqə ərzində çatdığını, təxminən hər on nəfərdən biri isə yolda 45–60 dəqiqə keçirdiyini bildirib.
Nəticələr yaş və məşğulluq vəziyyətinə görə də fərqlənir. 18–24 yaşlı respondentlərin hər beşindən biri gündəlik ünvanlarına 15 dəqiqə ərzində çatır. Bu, yaş qrupları arasında ən yüksək göstəricidir. Tam ştatla çalışanların, tələbələrin və müstəqil çalışanların təxminən 42–45%-i səfərlərinə adətən 30 dəqiqə sərf edir.
Ailə vəziyyəti üzrə də fərqlər müşahidə olunur. Uşağı olan respondentlərin 24,7%-i gündəlik ünvanlarına 15 dəqiqə ərzində çatdığını bildirib. Subay respondentlərdə bu göstərici 14,4%, evli və ya partnyoru ilə yaşayanlar qrupunda isə 9,4% olub.
“Reytinqlərimiz sadə və şəffafdır: hər reytinqdə şəhərlər sakinlərin eyni suala verdiyi cavablar əsasında sıralanır. Məqsədimiz sakinlərin səsini daha geniş auditoriyaya çatdırmaqdır. Medianı, ekspertləri və şəhər rəhbərlərini vaxtaşırı bu nəticələrə müraciət etməyə və şəhər həyatı ilə bağlı müzakirələrdə onlardan istifadə etməyə dəvət edirik”, — Bolt-un Azərbaycandakı ictimaiyyətlə əlaqələr üzrə meneceri Nigar Kazımova bildirib.
 

Vebsayta keçid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Noyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri