Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər (Video)
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Abşeron rayonunun Xırdalan şəhərində bir qrup sakin illərdir ki, sahib olduqları mənzillərə çıxarış ala bilmirlər. Onların sözlərinə görə, mənzilləri əldə etdikləri vaxt onlara sənədləşmə ilə bağlı müxtəlif vədlər verilib. Lakin üstündən təxminən 6 il keçməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər iddia edirlər ki, mənzillərin kommunal ödənişlərini vaxtında həyata keçirirlər, binaya hər hansı borcları yoxdur, buna baxmayaraq, mənzil mülkiyyətlərini təsdiq edən çıxarışın olmamasından ciddi narahatlıq keçirirlər.
"Narm" MTK rəhbərliyinin bildirdiyinə görə, çıxarışların verilməsi ilə bağlı sənədləşmə məsələsi üzrə onlar tərəfindən bütün zəruri prosedurlar həyata keçirilib. Məlumata görə, problem binanın bir blokunun təyinatı üzrə tikilməməsindən qaynaqlanır.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşlar və MTK arasında yaranmış məsələ ilə bağlı araşdırma aparılacaq.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 28 Sentyabr 2026 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















