Vətəndaşlar evlərinə çıxarış ala bilmirlər Səbəb nədir? (VİDEO)
Icma.az bildirir, Manset portalına istinadən.
Bölgələrdə, xüsusən də kəndlərdə vətəndaşlar mənzillərinə çıxarış ala bilmirlər...
Manset.az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər bu vəziyyətin onlar üçün müxtəlif problemlərə səbəb olduğunu deyirlər.
Bəzi sakinlər çıxarış üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, amma bir nəticəsinin olmadığını bildirirlər.
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyir ki, bölgələrdə, xüsusilə də kənd yerlərində sakinlərin öz evlərinə çıxarış ala bilməmələrinin bir neçə səbəbi var. Belə ki, vətəndaşların bununla bağlı hüquqi bilgisinin az olması, müxtəlif yerli məmurlar tərəfindən yaradılan süni əngəllər əsas səbəblərdəndir.
Ekspertin sözlərinə görə, vətəndaşlar hətta sovet dövründən qalma əllərində olan sənədlərlə də daşınmaz əmlaka çıxarış almaq üçün müraciət edə bilərlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 20 Noyabr 2024 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















