Xırdalanda silah alverçiləri TUTULDU
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Abşeron rayonu Xırdalan şəhərində yerləşən internet salonlarından birindən 1500 manat dəyərində “PlayStation 5” oyun konsolunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Lent.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə qeyd olunan oğurluğu törədən E.Fərzəliyev saxlanılıb. Məlumata görə, o, salona müştəri kimi daxil olub və oyun konsolunu özü ilə gətirdiyi idman çantasına qoyaraq ərazidən uzaqlaşıb.
Əməliyyat tədbirlərinin davamı olaraq E.Fərzəliyevin paytaxt ərazisində yaşadığı mənzilə baxış zamanı “Glock” markalı tapança, daraq və 7 ədəd patron da aşkarlanıb. Arşadırmalarla E.Fərzəliyevin odlu silah-sursatı tanışı S.Qocamanovla qabaqcadan əlbir olaraq birgə əldə etdiyi və satış məqsədilə özündə saxladığı müəyyən edilib. S.Qocamanov da polisin əməliyyatı zamanı saxlanılaraq istintaqa təqdim edilib.
Fakrla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 25 Noyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















