Xırdalanda yayılan görüntülərlə bağlı polisdən açıqlama
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimovun verdiyi məlumata görə, 33 yaşlı həmin şəxs sərxoş vəziyyətdə olub və təhlükəli davranışlar nümayiş etdirdiyindən ailə üzvləri binanın komendantını dəvət ediblər. Məqsəd baş verə biləcək mümkün insidentin qarşısını almaq olub.
Araşdırmalarla müəyyən olunub ki, görüntülərdə əks olunan şəxs hadisə zamanı hər hansı zorakılıq və ya cinayət xarakterli hərəkətə məruz qalmayıb. Onun sərxoş vəziyyətdə hüquqazidd davranışlarının qarşısı alınıb və həmin şəxs polis orqanına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 21 İyul 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















