Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yolun asfalt örtüyü yararsız vəziyyətdədir.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı izləyicilərdən biri redaksiyanın “Instagram” səhifəsinə videogörüntülər göndərib. Kadrlardan aydın olur ki, yolun asfalt qatı aşınıb, nəticədə ərazidə dərin çuxurlar əmələ gəlib.
Mövcud vəziyyət sürücülərin hərəkətini çətinləşdirir. Bildirilir ki, hətta aşağı sürətlə hərəkət zamanı belə çökəkliklər nəqliyyat vasitələrinə ziyan vuracaq qədər dərindir. Çuxurların sayının çoxluğu isə manevr imkanlarını məhdudlaşdırır və sürücülərin onlardan yayınmasını çətinləşdirir.
Eyni zamanda, əlverişsiz hava şəraitində yolun vəziyyəti daha da ağırlaşır və hərəkət iştirakçıları üçün əlavə çətinliklər yaradır.
Qeyd olunur ki, sözügedən problem uzun müddətdir davam edir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 29 Aprel 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















