Xiyarı qabığı ilə yeyin SƏBƏBİ
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qidalanma mütəxəssisləri xiyarın qida dəyərini ətraflı araşdıraraq onun insan orqanizmi üçün faydalarını açıqlayıblar. Onlar təzə xiyarın gündəlik qida rasionuna daxil edilməsinin vacibliyini vurğulayıblar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər təzə xiyarın müntəzəm istehlakının sağlamlığa əvvəllər düşünüldüyündən daha çox fayda verə biləcəyini hesab edir.
Bildirilir ki, xiyarın qabığında əhəmiyyətli miqdarda qida lifləri, vitaminlər və minerallar mövcuddur. Xüsusilə kalium və digər faydalı maddələrin bir hissəsi məhz qabıqda yerləşir.
Buna görə də xiyarı yeməzdən əvvəl qabığını soymaq onun bəzi faydalı xüsusiyyətlərinin azalmasına səbəb ola bilər.
Mütəxəssislər xiyarın qida dəyərindən daha çox yararlanmaq üçün onu yaxşıca yuduqdan sonra qabığı ilə birlikdə yeməyi tövsiyə edirlər.
Mütəxəssislər vurğulayırlar ki, xiyarı qabığı ilə birlikdə yemək orqanizmin daha çox qida lifi və faydalı maddə qəbul etməsinə kömək edir. Bunun üçün tərəvəzi istehlakdan əvvəl axar su altında diqqətlə yumaq kifayətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 03 Noyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















