Xızıda polis külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarladı
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri tədbirlər zamanı rayonun Şuraabad kəndi ərazisindən müxtəlif növ külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlayıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyatlar nəticəsində beş kiloqrama yaxın marixuana, səkkiz kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 4 440 ədəd metadon, eləcə də preqabalin həbləri aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, aşkarlanan narkotiklərin kimə məxsus olmasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Xızıda polis külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarladı
05 Noyabr 2024 14:21
Xızıda polis külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlayıb
05 Noyabr 2024 14:12
Xızıda külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlandı VİDEO
05 Noyabr 2024 13:10
Xızıda 13 kq narkotik və psixotrop maddə aşkarlanıb
05 Noyabr 2024 13:49

