Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Rusiyadan keçən qonur ayılar federasiya ilə həmsərhəd NATO ölkələrində (Avropa) məskunlaşmağa başlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edilib ki, baş verənlərin bir neçə səbəbi var: erkək ayıların yeni ərazilərə yayılması, qida axtarışı və sərbəst ərazilərə ehtiyac.
Avropa ölkələrində qonur ayıların yaşayış məskənlərinə yaxınlaşdığı müşahidə olunur. Finlandiyada yaşayış məntəqələrində görünən yırtıcılarla bağlı müraciətlərin sayı artıb. 2023-cü ildə cəmi 45 belə müraciət qeydə alındığı halda, 2026-cı ilin iyununun sonuna bu rəqəm 400-ü ötüb.
“Köç əsasən qida və balalarını böyütmək üçün yeni ərazilərin axtarışı ilə bağlıdır. Erkək ayıların yeni ərazilərə yayılması da rol oynayır: böyüyən fərdlər daha güclü növlərlə rəqabət səbəbindən əvvəlki yaşayış yerlərini tərk edirlər”, - məlumatda qeyd olunub.
Ayıların Rusiyadan digər ölkələrə keçməsi genetik tədqiqatlarla da təsdiqlənir. Zooloq Mixail Kreçmarın sözlərinə görə, qonur ayılar “beynəlmiləl xarakter”lidir - dövlət sərhədlərini tanımırlar.
O əlavə edib ki, ayılar dövlət sərhədlərini hər iki istiqamətdə keçirlər. Bəzən isə ənənəvi yaşayış yerlərindən 100 kilometrdən çox uzaqlaşa bilirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 20 Oktyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















