Xocalı qatili Paşinyanı Zelenskiyə bənzətdi VİDEO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Xocalı qatili, "Ermənistan" blokunun lideri, keçmiş prezident Robert Köçəryan seçkilərdə hakim "Vətəndaş Müqaviləsi" partiyası qalib gələcəyi təqdirdə İrəvanın Ukraynanın hərbi müttəfiqinə çevrilməsi ehtimalını şərh edib.
Bizim.Media xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran müxalifət lideri bu cür müttəfiqliyin real olmadığını, lakin iki lider arasındakı bənzərliyin diqqətçəkən olduğunu bildirib:
"Ermənistanın Ukraynanın hərbi müttəfiqi ola biləcəyini düşünmürəm, lakin Zelenski ilə müqayisə çox yerindədir. Onlar, əslində, öz avantürizmləri və öz ölkələrinin maraqlarına qarşı nümayiş etdirdikləri həyasız (saymazyana) münasibətləri ilə bir-birlərinə çox bənzəyirlər".
Seçki prosesinin özünə də toxunan Köçəryan hazırkı parlament seçkilərinin Ermənistan üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, ölkədəki mövcud itkilər zəncirini, prinsiplərdən geri addımları və suverenliyin itirilməsi prosesini dayandırmaq üçün bu seçkilər mütləq şəkildə lazımdır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 07 İyun 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















