Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Xocalı şəhidlərinin xatirəsi daim yaşayacaq

Xocalı şəhidlərinin xatirəsi daim yaşayacaq

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

XX əsrin sonunda Azərbaycan xalqının üzləşdiyi ən dəhşətli faciələrdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verdi. Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində törədilmiş kütləvi qırğın təkcə hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı planlı və amansız zorakılıq aktı kimi tarixə düşdü. Xocalı şəhəri strateji baxımdan mühüm əhəmiyyətə malik idi.1992-ci ilin fevralında şəhər tam mühasirəyə alınmış, elektrik enerjisi və ərzaq təminatı kəsilmişdi.Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. XX əsrin sonunda baş vermiş bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Faciə günü Xocalı şəhərini tərk edən əhali ermənilər tərəfindən pusquya salınaraq qətlə yetirildi və girov götürüldü. Amansız hücum başladıqdan sonra Xocalıda qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdi. Əsasən qadın və uşaqlardan ibarət əhalinin bir hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla 613 nəfər öldürüldü. 8 ailə tamamilə məhv edildi. 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi. 487 insan əlil oldu, 1275 insan əsir götürüldü. 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərin taleyi barədə indiyə kimi heç bir məlumat yoxdur. Bu rəqəmlər təkcə statistika deyil, hər biri bir insan taleyi, yarımçıq qalmış ömür, dağılmış ailə deməkdir. Azərbaycan dövləti Xocalı hadisələrini soyqırımı kimi qiymətləndirir və bu faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərir. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atıldı və Azərbaycan Milli Məclisi Xocalı soyqırımı haqqında xüsusi qərar qəbul etdi. Sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildi. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bir sıra ölkələrin parlamentləri və ABŞ-ın müxtəlif ştatları bu faciəni soyqırımı və ya kütləvi qətliam kimi tanıyıblar. Xocalı hadisələri beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin – xüsusilə mülki əhalinin qorunması ilə bağlı müddəaların kobud şəkildə pozulması kimi qiymətləndirilir. Qadınların, uşaqların və qocaların hədəfə alınması, əsirlərlə qeyri-insani rəftar faktları müharibə cinayətləri kateqoriyasına daxildir. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb. Hər il 26 fevral ölkəmizdə və xaricdə anım tədbirləri keçirilir, şəhidlərin xatirəsi dərin ehtiramla yad olunur. 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə daha geniş səsləndirilməsi üçün yeni imkanlar yaranıb. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə qarşı törədilmiş ağır cinayətdir. Xocalı şəhidlərinin xatirəsi daim yaşayacaq və ədalət tələbi beynəlxalq hüququn gündəmində qalacaq. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi erməni vəhşiliyinin təqdimatında öz sözünü dedi. Döyüş meydanında Azərbaycan əsgərinin qarşısında aciz qalan Ermənistan silahlı qüvvələri hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Nəticədə aralarında uşaqların, qadınların da olduğu dinc sakinlər həlak oldu. Gəncəyə, Bərdəyə, Tərtərə və digər yaşayış məntəqələrimizə atılan raketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gündə Zəfər tarixini yazdı. Torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində suverenliyimiz tam bərpa edildi, Azərbaycanın həyatında yeni dövr başladı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaltdı. Azərbaycan bu Zəfərləri ilə yeni reallıqlar yaratdı. Hazırda bu reallıqlar əsasında azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır, eyni zamanda, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan sülh gündəliyinin müəllifi kimi diqqətdədir. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimiz o cümlədən Xocalı həyatının yeni dövrünü yaşayır. İntiqam Quliyev YAP Ağdam rayon təşkilatının sədr müavini
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Fevral 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see663

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see472

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see333

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see330

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see329

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see316

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see297

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see282

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see272

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see257

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see246

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see238

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see233

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see233

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see229

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see217

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see213

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see208

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see200

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri