Icma.az
close
up
RU
Xocalı soyqırımına Serj Sarkisyan və Arkadi Ter Tadevosyan rəhbərlik ediblər

Xocalı soyqırımına Serj Sarkisyan və Arkadi Ter Tadevosyan rəhbərlik ediblər

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 21-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və digərlərini təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesində təqsirləndirilən şəxslər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı, faciə zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə məqsədli şəkildə məhv edilmələri ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavab veriblər.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında Xocalıda törədilənlər haqqında ilk dəfə 1992-ci ilin fevralında “rəsmi məlumatlar” verilməsi nəticəsində məlumat aldığını bildirərək deyib: “O zaman faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi”. O, dinc əhalinin qətlini pislədiyini də vurğulayaraq qeyd edib: “Bu qəbuledilməzdir, müharibənin qanlı səhifələrindən biridir”.

A.Qukasyan Xocalı soyqırımı zamanı qondarma rejimə rəhbərliyi Artur Mkrtçyanın, hərbçilərə rəhbərliyi isə Ermənistan silahlı qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyanın etdiyini bildirib. Əlavə edib ki, həmin vaxt yeni formalaşan “özünümüdafiə qüvvələri”nin rəhbəri Serj Sarkisyan idi. O, daha sonra deyib: “Bütün müharibələrin əleyhinəyəm. Amma bu baş verirsə, müharibə qanunları gözlənilməlidir”.

Təqsirləndirilən şəxs Bako Sahakyan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırarkən Xocalı hadisələri ilə bağlı dərin və təfsilatlı məlumata malik olmadığını iddia edib. O, məhkəmədə nümayiş olunan videomateriallara və sənədlərə işarə edərək bildirib: “Bu qədər təfsilatlı bilmirdim. Amma bu, mənim mövqeyimi dəyişmir. O vaxt da, indi də bu cür hadisələri pisləyirəm”.

Təqsirləndirilən şəxs Xocalı soyqırımında keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı barədə eşitdiyini, sonradan Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın həmin alayda xidmət etdiyini bildirib.

Təqsirləndirilən şəxs David İşxaynan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında Xocalı soyqırımı ilə bağlı görüntülərdə yer alanların vəhşilik olduğunu deyib. O, hadisələr zamanı qondarma rejimdə “deputat” olduğunu söyləyib.

Təqsirləndirilən şəxs David Babayan isə dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən Xocalı soyqırımı və Xocalının işğalı hadisələrinin iştirakçısı olmadığını bildirib. O deyib ki, Xocalı hadisələri zamanı məsələni güc yolu ilə həll etmək istəyənlər məqsədlərinə çatıblar. “Bu əməliyyatda müxtəlif qruplar iştirak edib”, - deyə o vurğulayıb.

D.Babayan onu da deyib ki, hətta qondarma rejimdə "Xocalının azad edilməsi uğrunda" medalı “təsis” olunub.

Zərərçəkmiş şəxslərin nümayəndəsinin “Əgər Ermənistanın iddia etdiyi kimi, Xocalı soyqırımı zamanı dinc sakinlərin çıxmaları üçün dəhliz var idisə, niyə onların getməsinə imkan verilməyib, Arkadi Qukasyanın da məhkəmədə dediyi kimi, yüzlərlə azərbaycanlı Xankəndiyə aparılıb” sualına isə D.Babayan cavab verə bilməyib. Əvəzində, o, “Uşaqlara, dinc sakinlərə qarşı edilənlərə necə bəraət vermək olar?! Bu, barbarlıqdır” deyib.

Təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında Xocalı hadisələrini Birinci Qarabağ müharibəsinin ən böyük faciəsi hesab etdiyini bildirib. O, qondarma rejimdə Xocalı əməliyyatı ilə bağlı müzakirələr olmadığını iddia edib və deyib: “Məsələn, Şuşa əməliyyatı ilə bağlı bir neçə kitab yazılıb. Ona görə də bilirik ki, orada kimlər iştirak edib, necə olub. Xocalı əməliyyatı ilə bağlı isə müzakirələr aparılmayıb. O vaxt başlıca hərbi rəhbər Arkadi Ter-Tadevosyan idi. Yəqin ki, Xocalıda hərbi əməliyyatlar onun göstərişi və razılığı ilə keçirilib”.

A.Harutyunyan deyib ki, istənilən halda bu, bağışlanmaz bir faciə idi.

Daha sonra məhkəmədə “Memorial” İnsan Hüquqları Mərkəzinin 1992-ci il fevralın 25-26-da Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabat sənədi tədqiq edilib.

Təşkilatın hesabat sənədində bildirilir ki, erməni hərbçiləri tərəfindən Xocalının işğal olunması ilə nəticələnən əməliyyat zamanı əhalinin kütləvi qətlləri, insan haqlarının milli zəmində pozulması halları baş verib.

“Xocalı Ermənistanın hərbçiləri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya edildi. Bu əməllər mütəşəkkil formada həyata keçirildi”, - deyə sənəddə qeyd edilib.

Sənədə görə, deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanılıb ki, bu da qondarma rejim “hakimiyyət”inin bu barədə müvafiq əmrinin olduğunun aşkar göstəricisidir.

Dinc əhalinin kütləvi şəkildə qırılmasına heç bir halda haqq qazandırıla bilməz.

“Memorial” İnsan Hüquqları Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı Ermənistanın Qarabağdakı dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyalarına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin müvafiq maddələrinə kobud qaydada ziddir.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin olunub.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see271

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see139

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri