Icma.az
close
up
RU
Serj Sarkisyan və “unitaz diplomatiyası”

Serj Sarkisyan və “unitaz diplomatiyası”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxud Ermənistanın sabiq prezidentinin dalandan çıxma “məharəti”

44 günlük müharibə və lokal xarakterli antiterror tədbirləri Ermənistanda elə bir vəsvəsə yaradıb ki, qarşıdakı əlli il ərzində durumun ağırlığının hayların canından çıxması qeyri-mümkündür.

Mövcud ab-hava fonunda diqqətlərin müharibədən əvvəlki danışıqlar prosesinə yönəlməsi kimi təmayül də var. Baş nazir Nikol Paşinyan administrasiyasının təmsilçiləri, bir qayda olaraq, savaşa və Qarabağın itirilməsinə görə özlərini müqəssir saymır, Ermənistanın əvvəlki rəhbərliyini qınayırlar. Onlar təxminən bunu deyirlər ki, ölkənin eks prezidentləri Azərbaycanla danışıqları çıxılmaz duruma sürükləmişdilər, güzəşt qaçılmaza çevrilmişdi və guya müharibəyə kompromislərdən uzaq durulması üçün gedildi.

Savaşın Ermənistan üçün hansı acınacaqlı aqibətlə yekunlaşdığını bütün dünya gördü. Keçmişlə bağlı müxtəlif arqumentlər səsləndirən, faktlar sadalayan Paşinyan isə sabiq prezidentləri sırf Qarabağ mövzusunda debata çağırmaqdan çəkinmir. Sonuncular onun söylədiklərinə qeyri-ciddi yanaşır, ümumən əhəmiyyət vermirlər. Əslində, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın jurnalistlərə açıqlamasında dedikləri də Nikolun debat təklifinin geri çevrilməsi idi. Amma...

S.Sarkisyan prezidentliyi müddətində Azərbaycanla danışıqlar prosesi barədə söz açarkən, özünü təmizə çıxarmaq məqsədi ilə müəyyən fikirlər səsləndirib, elə görüntü yaradıb ki, sanki o zaman erməni tərəfi üstün idi. Əlbəttə, Serjik ağzına gələni danışa bilər. O anlamda ki, o və komandası, loru dildə desək, qatığa qara demək üzrə ixtisaslaşıb və zamanında azacıq mütərəqqi təklifləri belə bloklayıb, sülhü müşkilə çevirib.

Bəli, Sarkisyanın dövründə rəsmi İrəvan Bakı ilə yalnız görüntü xarakterli danışıqlar aparırdı. O və komandası işğal edilmiş hansısa rayonumuzu geri qaytarmaq niyyətində deyildi. Buna görə Serjikin detallara getməsinin önəmi yoxdur. Həm də ona görə önəmi yoxdur ki, artıq Qarabağ münaqişəsi tarixə çevrilib. Azərbaycan hərbi yolla problemi aradan qaldırıb, ilahi ədaləti təmin edib.

...Sarkisyanın üzərində dayandığı başlıca məqamlardan biri Azərbaycanla danışıqlar prosesi zamanı dalana dirənmə hallarının yaşanması ilə bağlı olub: “Biz danışıqlar sənədinin heç birində güzəştə getməmişdik. Onlar (yəni, Azərbaycan tərəfi – red.) geri çəkilirdi. Dalan normaldır. Dalana dirənmək durumu nə vaxt olmayıb ki? 1994-cü ildən müxtəlif vaxtlarda belə hallar yaşanıb. Ancaq bu, o demək deyildi ki, hər şey həll olunub. Bağışlayın, biz dəfələrlə dalandan çıxmışıq. Ki-Uest dalan deyildi ki? Kazan bəs? Bəs necə oldu ki, dalandan sonra danışıqlar prosesi davam etdi və heç bir əsaslı dəyişiklik baş vermədi?”.

Göründüyü kimi, S.Sarkisyan özünü və vaxtilə təmsil etdiyi iqtidar düşərgəsini “təmiz göstərmək” üçün dəridən-qabıqdan çıxır. Əslində, onun bu iqtibası çox şey deyir. Serjik Qarabağ danışıqlarının nəticəsizliyini, az qala, böyük uğur kimi qiymətləndirir. Yəni, o, özü də fərqinə varmadan danışıqlar prosesində Ermənistan üçün sərfəli olmayan mərhələləri sadalayır və belə qənaətə gəlir ki, sonradan heç bir nəticə əldə edilməyən prosesin davamı İrəvanın uğuru imiş.

Məlumdur ki, o zaman da Ermənistan bütün dünyaya özünü mütərəqqi libasda təqdim etmək istəyir, bu səbəbdən danışıqları imitasiya edirdi. Eyni yolu Sarkisyandan qabaqkı prezident Robert Koçaryan da getmişdi. Elə Paşinyanın da fərqli nə isə düşünmədiyini söyləyə bilərik. Ümumən, təkcə erməni hakim komandasının deyil, bütövlükdə dünya erməniliyinin düşüncəsi və hesablaması bu idi ki, danışıqlar uzandıqca Azərbaycanda nəsillər dəyişəcək və beləliklə, Qarabağ və işğal edilmiş ərazilər məsələsi gündəmdən çıxacaq, unudulacaq. Əlbəttə, belə olmadı və ola da bilməzdi.

Tam aydındır ki, Qarabağ klanını təmsil edən Sarkisyan-Koçaryan ikilisi danışıqlar prosesindəki hər cür oyunbazlığı Rusiyaya güvənərək edirdi. Mövcud xüsusda ən müxtəlif situasiyalardan söz açmaq mümkündür. Hərçənd, buna ehtiyac duymuruq. Necə deyərlər, keçmiş keçmişdə qalsın. Amma bir halda ki, Sarkisyan dalandan çıxmaq “məharətindən” söz açır, o zaman danışıqlar prosesi ilə bağlı bir məqamı xatırladaraq onun “bacarığının” əslində, nədən ibarət olduğuna aydınlıq gətirək.

Yada salaq ki, S.Sarkisyan prezidentliyi müddətində Avropa platformalarının birində gedən danışıqlar zamanı, özünün təbirincə desək, dalana dirənmiş, nə edəcəyini bilməmiş və çıxış yolunu ayaqyoluna gedib masanı tərk etməkdə görmüşdü. Əlbəttə, buna bacarıq və məharət demək mümkündürsə, Serjik haqlıdır. Çünki heç bir dövlət başçısı ağlına bu cür cılız və bəsit üsula əl atmağı yerləşdirə bilməzdi.

Prinsip etibarilə, erməni diplomatiyasının müəyyən aralıqlarla otuz ilə yaxın davam etmiş Qarabağ danışıqları prosesində tutduğu mövqe cılızlıqdan və bəsitlikdən başqa bir şey olmayıb. Həmin illər ərzində, el dilində desək, it arabanın kölgəsini öz kölgəsi sayıb. İndi necə düşünək? Düşünək ki, N.Paşinyan Sarkisyan və Koçaryan qədər primitivliyi bacarmadı? Əlbəttə, bunu da düşünürük, eyni zamanda, belə qənaətdəyik ki, Nikol, obrazlı ifadə etsək, başqa arabanı seçdi və həmin arabanın kölgəsi Ermənistanı qoruya bilmədi.

Əlqərəz, 44 günlük müharibə baş verdi və müharibənin Ermənistan üçün rüsvayçılıqla bitdiyini əvvəldə vurğuladıq. Rüsvayçılıq müharibədən sonra da davam etdi. Yəqin, diqqətli oxucularımız ermənilərin Kəlbəcəri tərk etmələri əsnasındakı görüntüləri xatırlayırlar. Həmin görüntülərdə haylardan birinin “unitaz”ı götürüb yük maşınına yerləşdirməsi səhnəsi də əksini tapırdı. Səhnə Azərbaycan cəmiyyətində xeyli məsxərə predmetinə çevrildi. Hesab edirik ki, Sarkisyan iki gün əvvəlki açıqlaması ilə həmin “unitaz”ın əslində, özünə məxsus olduğunu təsdiqlədi. Serjik dalandan çıxma məharəti ilə öyünürsə və onun bu məharətinin danışıqlar prosesini ayaqyoluna getməklə tərk etmək kimi “təcrübəsi” varsa, deməli, Kəlbəcərdə yük avtomobilinə yerləşdirilmiş “unitaz” məhz Sarkisyan dövrü erməni diplomatiyasının rəmzidir. Onu da nəzərə alaq ki, müharibədən sonra da erməni diplomatiyası özü üçün başqa rəmz yarada bilməyib. Bu gedişlə heç yarada bilməyəcək də.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri