Icma.az
close
up
RU
Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün mübarizə davam edir ŞƏRH

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün mübarizə davam edir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

1992-ci il fevralın 26-sı Azərbaycan xalqının tarixinin ən dəhşətli faciələrindən birinin baş verdiyi gün kimi yaddaşlarda əbədi qalacaq bir tarixdir. Ümumiyyətlə, XX əsrin əsas soyqırımı faktlarından biri kimi Xocalı faciəsini qeyd etmək mütləqdir. Ermənilərin silahlı təcavüzü zamanı Xocalı şəhərinin xeyli mülki əhalisi faktiki olaraq vəhşicəsinə qətlə yetirilib. Yüzlərlə dinc sakinin həyatına son qoyan Xocalı soyqırımı təkcə müharibənin vəhşiliyinin deyil, həm də beynəlxalq ictimaiyyətin bəşəriyyətə qarşı cinayətlər qarşısında susqunluğunun simvoluna çevrildi. Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması təkcə tarixi ədalət məsələsi deyil, həm də gələcəkdə belə cinayətlərin qarşısının alınmasında mühüm addımdır.

Geosiyasət baxımından, Xocalı şəhəri Azərbaycanın strateji əhəmiyyətli ərazilərindəndir. Digər amillər sırasında bu önəmli faktor da erməniləri həmişə narahat edirdi. Çünki Xocalı Xankəndidən 10 km cənub−şərqdə, Ağdam−Şuşa və Əsgəran−Xankəndi yollarının arasında yerləşirdi. O cümlədən, Qarabağın vaxtı ilə yeganə hava limanının məhz burada yerləşməsi, şəhərin əhəmiyyətini artıran səbəblərdən biri idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran−Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən hava limanını ələ keçirmək idi.

Xocalıya hücum 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş verdi. Ermənilərə hərbi köməyi Sovet Ordusunun 366-cı motoatıcı alayı göstərirdi. Onlar Xocalını 3 istiqamətdən mühasirəyə aldıqdan sonra, erməni əsgərləri şəhərə daxil olaraq müdafiə qüvvələrinin müqavimətini qırdılar. Əhalinin bir hissəsi hücum başlanandan sonra Ağdam istiqamətində hərəkət edərək Xocalını tərk etməyə başladı. Qaçaq düşmüş bəzi qrupların tərkibində şəhər qarnizonunun silahlanmış insanları da var idi. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Xocalı faciəsindən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan, şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalının mühasirəsi başlanmışdı. Bununla yanaşı, yanvarın 2−dən etibarən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. 1991−ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, о cümlədən Tuğ, İmarət−Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. Nəticə olaraq, Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. 1992−ci ilin yanvarın 28−də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raketlə partladılmış, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak olmuşdur. Bundan sonra isə Ermənistan ordusu bir−birinin ardınca Yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Xocalı faciəsi - Azərbaycan şəhəri olan Xocalının əhalisinin erməni silahlı birləşmələri tərəfindən kütləvi qətli, Qarabağ münaqişəsinin ən qanlı faciəsi kimi tarixə düşdü. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu vəhşilik və vandalizm aktı, beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Soyqırımı - beynəlxalq hüququn qəbul edilmiş ümumi prinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır.

Soyqırımı cinayəti ilk dəfə 9 dekabr 1948-ci ildə ("Genisid cinayəti haqqında xəbərdarlıq və onun cəzalandırılması haqqında Konvensiya") beynəlxalq hüquqi status almışdır. Soyqırımına yalnız beynəlxalq cinayət kimi baxılmır. Belə ki, Azərbaycan Respublikasında soyqırımı cinayəti sülh və bəşəriyyət əleyhinə olan cinayətlərə aid edilir və onun törədilməsinə görə xüsusi cinayət məsuliyyəti nəzərdə tutulur (CM maddə 103). Bununla yanaşı, Xocalı hadisələrinə soyqırımı kimi qiymət verməyə istinad ediləcək bir çox beynəlxalq hüquq norma və müqavilələr mövcuddur.

Xocalı şəhərində erməni silahlı birləşmələrinin Xocalının dinc əhalisinə qarşı törətdiyi hərəkətlər Cenevrə konvensiyası, eləcə də İnsan hüquqlarının ümumi bəyannaməsinin müddəaları ilə (BMT Baş Assambleyası tərəfindən 10.12.1948-ci ildə qəbul olunub) kobud şəkildə ziddiyyət təşkil edir (mad. 2,3,5,9,17).

Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsifi üçün hüquqi əsaslar isə: BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmişdir); Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur); Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. 4); Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad.l); Beynəlxalq Cinayət məhkəməsinin Statusu (mad. 6); Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103); Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı. O cümlədən, ermənilərin və Xocalı faciəsinin törədilməsində onlarla əlbir olanların əməlləri insan hüquqlarının, beynəlxalq hüquqi aktların - Mülki və siyasi hüquqlar haqqında paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında paktın, Uşaq hüquqları deklarasiyasının, Fövqəladə vəziyyətlərdə və müharibə şəraitində qadın və uşaq hüquqlarının müdafiəsi haqqında deklarasiyanın və digər beynəlxalq aktların kobud şəkildə və arsızcasına pozulması hesab olunur.

1993-cü il fevralın 23-də imzalanmış "Azərbaycana qarşı edilmiş vəhşiliklərin açıqlanması haqqında" Fərman kağız üzərində qalaraq, 1992-1993-cü ilin yarısına qədər hakimiyyətdə olmuş zəif qüvvələr passivlik göstərmiş, çox sayda hüquq normaların olmasına baxmayaraq, Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı real işlər Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri, erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu.

Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Heydər Əliyevin “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu” – qiymətli fikri Azəraycan dövlətinin əsas şuarlarından birinə çevrildi.

Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilk gündən “Biz müdafiədə deyil, hücumda olmalıyıq” – deyərək bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısı Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bildirmişdir: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu Türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” ifadəsi Xocalı faciəsinin dünya ölkələrində tanıdılması, erməni qəsbkarlarının ifşası istiqamətində sistemli işlərin aparılmasına daha da təkan verdi. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını, səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında, cənab İlham Əliyev tərəfindən vacib məsələ kimi müəyyənləşdirilmişdir.

Bu baxımdan Heydər Əliyev Fondunun, xüsusilə onun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini, xüsusi qeyd etmək lazım gəlir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində ardıcıl təbliğedici addımlar atır. Nümunə olaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarının elektron variantları Xocalı soyqırımının 20-ci ildönümündə təşkilatın təşəbbüsü ilə xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə göndərilmişdır.

Dövlət siyasətinin sistemli şəkildə davamı, beynalxalq hüquq və nomalara uyğun olaraq, Azərbaycan xalqının ədalət sahibliyi dünya ictimayyətinə aktiv şəkildə çardırılması davam edir. Bu istiqamətdə, dövlətimizə dəstək olaraq, hər bir Azərbaycan vətəndaşı öz gücünü, bilik və bacarığını birmənalı şəkildə səfərbər etməli, gələcək nəsillər üçün nümunəvi addımlar atmalıdır. Necə ki, İkinci Qarabağ müharibəsi zamanı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dönülməz iradəsi, rəşadətli ordumuzun ruh yüksəkliyi və ümumilikdə Azərbaycan xalqının həmrəyliyi nəticəsində, Azərbaycanın inamlı qələbəsi ilə başa çatdı. 44 günlük Vətən müharibəsində misilsiz şücaət və yüksək döyüş hazırlığı nümayiş etdirən rəşadətli Qalib Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq uğrunda döyüşdə tarix yazan Azərbaycan ordusunun məhv etdiyi düşmən qüvvələri arasında Xocalı soyqırımının cəlladları da var idi. Tarixi qələbə qazanan Azərbaycan, bu qətliamın günahsız qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Allah Şəhidlərimizə rəhmət eləsin. Xocalı faciəsinin xatirəsi azərbaycanlıların qəlbində əbədi yaşayacaq.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see129

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see121

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see120

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see119

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see117

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see117

İsrail kosmosa ilk rabitə peykini buraxıb

13 İyul 2025 13:10see115

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see115

Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu

13 İyul 2025 20:00see112

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see112

Dubay şeyxinin qızı Parisdə repper French Montana ilə görüşüb…

13 İyul 2025 21:07see112

Mahiri bu dəfə təpiklə dayandırdılar... qol vurdu və zədələndi!

13 İyul 2025 20:01see111

Yeni tikilən Gəncə stadionundakı durum Şəkillər

13 İyul 2025 19:55see111

ABŞ senatorları Trampın Rusiyanın dondurulmuş aktivlərindən istifadə edə biləcəyinə inanırlar

13 İyul 2025 22:08see111

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see111

Tanınmış tar ifaçısı Zenfiranı yerə göyə sığdıra bilmədi

13 İyul 2025 17:39see110

Ronaldonun komandasından argentinalıya təklif

13 İyul 2025 17:07see110

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see110

Rutte iyulun 14 15 də ABŞ da Tramp və digər rəsmilərlə görüşəcək

13 İyul 2025 23:41see109

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri