Magistral yollara fosfor boyalar vurulsun Təklif
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Magistral yollara tərkibində fosfor olan boyaların vurulması təklif olunur.
"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, son illər magistral yollara tərəzilər quraşdırılsa da, bu proses bitənədək ağırtonnajlı maşınlar həmin yolları sıradan çıxarıb, xüsusilə Gəncə-Bakı yolunda artıq sağ zolaqla hərəkət etmək mümkün deyil:
"Gecə saatlarında yağışlı hava olduğu üçün yolu görmək mümkün deyil və orada ciddi maneələr var. Düşünürəm ki, bu maneələrin qarşısını qısa zamanda almalıyıq, əks təqdirdə, yağışlı havalarda və gecə saatlarında qəzaların sayı çox ola bilər. İlk növbədə magistral yollara mütləq şəkildə tərkibində fosfor olan boyalar vurulmalıdır. Ən azından onun işıltısı ilə qaranlıqda və yağışlı havada hərəkət etmək mümkün olsun. Nəzərə alaq ki, magistral yolları tam şəkildə işıqlandırmaq böyük vəsait tələb edir. İkinci bir maneə və qəzanın səbəbi yolu iki hissəyə bölən beton bölgülər layihəsi icra olunanda dönüş üçün yerlər qoyulmadı, layihə başa çatdıqdan sonra Azəravtoyol bu dönüşləri çox təhlükəli şəkildə bir neçə yerdə açdı. Orada bardurlardan istifadə edərək yola müdaxilə etməli oldu, avtomobil gecə saatlarında və yağışlı havada bu döngələrə yaxınlaşdıqda o maneəni görə bilmir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 16 Noyabr 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















