Icma.az
close
up
RU
Xocalılar öz doğma yurdlarına obalarına qayıdırlar

Xocalılar öz doğma yurdlarına obalarına qayıdırlar

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Tarix boyu Azərbaycan xalqı ağır faciələrlə üzləşmişdir. Bu faciələr sırasında miqyasına və qəddarlığına görə 34 il əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı xüsusi yer tutur. Bu faciə öz amansızlığı və insanlığa zidd xüsusiyyətləri ilə digərlərindən fərqlənir. Xocalı hadisələri 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.

1988-ci ildən başlayaraq erməni şovinist dairələrinin irəli sürdüyü əsassız ərazi iddiaları azərbaycanlıların qədim torpaqlarından kütləvi deportasiyasına, çoxsaylı terror aktlarına və genişmiqyaslı müharibəyə səbəb olmuşdur. Nəticədə minlərlə insan həlak olmuş, əlil vəziyyətinə düşmüş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.

1992-ci il fevralın 26-da Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi ilə Əsgəran arasında yerləşən, 7 minə yaxın əhalisi olan şəhərə hücum etmişdir. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın və 83 uşaq qətlə yetirilmişdir. 21 uşaq hər iki valideynini itirmiş, 10 ailə tamamilə məhv edilmişdir. 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək məlum deyil. 1000-dən artıq insan əlil olmuşdur.

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Bu hadisə xalqımızın yaddaşında silinməz iz qoymuşdur. Uzun illər imperiya dövründə xalqımıza qarşı törədilmiş belə faciələrin üzəri ört-basdır edilmiş, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına maneələr yaradılmışdır.

Yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı faciəsinə rəsmi siyasi qiymət vermişdir. Bundan sonra faciə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl iş aparılmışdır.

Bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Onun rəhbərliyi ilə Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılmış, müxtəlif dillərdə kitablar və sənədlər nəşr olunmuşdur. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr, xüsusilə fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın parlaq qələbəsi ilə başa çatmışdır. İşğal altındakı torpaqlar azad edilmiş, şəhidlərimizin qanı yerdə qalmamışdır.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri tam nəzarətə götürülmüşdür. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq tarixi ədalətin bərpa olunduğunu bəyan etmişdir.

Bu gün Xocalı yenidən qurulur, abadlaşdırılır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Xocalı soyqırımının xatirəsi daim anılır və gələcək nəsillərə çatdırılır. Bu faciəni unutmaq olmaz. Onu yaşatmaq və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur.

Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri