Icma.az
close
up
RU
Xocalıya köç edənlərə torpaq sahəsi verilməyə başlanıb: Bölgədə təsərrüfat canlanacaq

Xocalıya köç edənlərə torpaq sahəsi verilməyə başlanıb: Bölgədə təsərrüfat canlanacaq

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İşğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma prosesi davam edir.
Artıq 5 ilə yaxındır ki, bərpa və quruculuq işləri həyata keçirilir. Sözün həqiqi mənasında möhtəşəm işlər görülür, böyük layihələr reallaşdırılır, infrastruktur yenidən qurulur. Kəndlər və şəhərlər canlanmağa başlayıb".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 
O bildirib ki, 2021-ci ildə ilk səfərləri zamanı orada pərişanlıq hökm sürürdü:
"Çünki ermənilər illər boyu həmin əraziləri xarabalığa çevirmişdilər. Amma bir müddət əvvəl Xocalıya etdiyimiz səfərdə tam başqa mənzərə ilə qarşılaşdıq. Xocalı bizim qanayan yaramız, tariximizdə heç vaxt silinməyəcək faciə səhifəmizdir. Lakin bu gün Xocalıya həyat qayıdır. Orada yeni tikilmiş məktəbi gördük, məktəbin yaxınlığındakı stadionda uşaqların futbol oynamasının şahidi olduq. Bu torpaqlar sanki yenidən nəfəs alır.
Artıq köç prosesi də başlayıb. İnsanlarımız dədə-baba yurdlarına, vaxtilə deportasiya olunduqları torpaqlara geri qayıdırlar. Yeni evlər, yeni binalar istifadəyə verilir. Xüsusilə Xocalıya köç karvanları yola salınıb və bu proses davam edir. Qayıdan insanların məşğulluq məsələləri də ilk növbədə diqqət mərkəzindədir. Hər dəfə səfərlərimizdə Prezidentin xüsusi nümayəndələri ilə görüşlərimiz olur. Onlar bildirirlər ki, əsas məqsəd təkcə məskunlaşma deyil, həm də iş yerlərinin açılmasıdır".
Deputat deyib ki, Qarabağ torpaqları kənd təsərrüfatı üçün çox əlverişlidir: 
"Xocalı ətrafındakı münbit torpaqlar illərlə istifadəsiz qalıb. İndi həmin torpaqların yenidən əkilməsi, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi istiqamətində addımlar atılır. İndi məskunlaşan insanlara təsərrüfat üçün torpaq payları ayrılır. Bu isə onların həm məşğulluq problemini həll edir, sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırır, həm də ölkə iqtisadiyyatına töhfə verir.
Azərbaycan insanı zəhmətkeşdir. Onların bu zəhməti nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı artacaq, dövlət büdcəsi güclənəcək, xalqımız bundan faydalanacaq. 
Eyni zamanda bu proses ərazilərin inkişafını, iqtisadiyyatın möhkəmlənməsini və əhalinin rifah halının yaxşılaşmasını təmin edəcək.
Bu gün həmin istiqamətdə dövlət proqramları həyata keçirilir. Əminəm ki, zaman keçdikcə biz bu işlərin daha çox müsbət nəticələrini görəcəyik".
Qeyd edək ki, Xocalıya köç edən vətəndaşlara əkin üçün torpaq sahələrinin verilməsi prosesinə start verilib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Avqust 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri