Icma.az
close
up
RU
Xocavənd sakini: İllərlə çəkdiyimiz həsrətə son qoyuldu

Xocavənd sakini: İllərlə çəkdiyimiz həsrətə son qoyuldu

Icma.az bildirir, Azertag portalına istinadən.

Xocavənd, 31 mart, AZƏRTAC

Bu gün çox sevinirəm ki, öz doğma elimizə, ata-baba torpağımıza qayıtmışıq. Bu sevincimizin əsas səbəbkarı bizim qüdrətli ordumuzdur. Biz bu torpaqlar uğrunda canından keçən şəhidlərimizin sayəsində bu gün burada dayanmışıq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu bu gün növbəti köç karvanı ilə Xocavəndə qayıdan keçmiş məcburi köçkün Amil Muradov bildirib.

“Buradan çıxanda 36 yaşım var idi, bu gün isə doğma yurduma 70 yaşımda ailəmlə, övladlarımla, nəvələrimlə birlikdə qayıtmışam. İllərlə çəkdiyimiz həsrətə son qoyuldu. Bu, sözlə ifadə olunmayacaq qədər əvəzedilməz bir duyğudur. Biz bu yerlərin çox həsrətini çəkmişik. Bu torpağın hər qarışı bizim üçün doğmadır, müqəddəsdir. Burada bizə verilən evlər də çox gözəldir. Yüksək səviyyədə təmir-bərpa işləri aparılıb. Biz 4 otaqlı evlə təmin olunmuşuq və evdə hər cür şərait yaradılıb.

Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildiririk. Azərbaycan Ordusu onun rəhbərliyi ilə tarix yazaraq torpaqlarımızı işğaldan azad etdi. Yurd yerlərimizdə çox qısa zamanda həyat yenidən dirçəldi. Qarabağda artıq yenidən xoşbəxt günlər, firavan həyat başlayıb" - deyə, Amil Muradov söyləyib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, bu gün Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar. Bu mərəhələdə Xocavənd şəhəri 64 ailə olmaqla, 253 nəfərə qucaq açıb. Bununla da Xocavənd şəhərində 201 ailə olmaqla, 762 nəfərin məskunlaşması təmin edilib. Şəhərdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Müxbir - Aydın Yavərzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Mart 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri