Xocavənd və Zəngilanda əmək haqları gecikir, işçilər yolu bağladı
Icma.az, Sherg.az saytına istinadən bildirir.
"Maaş gecikirsə, işçilər hər gün üçün 1% kompensasiya tələb edə bilər”
İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işlərində çalışan insanların əmək haqqının gecikdirilməsi, vaxtında ödənməməsi ilə bağlı son zamanlar narazılıqlar artır. Sosial şəbəkədə paylaşım edən işçilər əmək haqlarının gecikdirilməsindən narahatlqı ifadə edirlər.
Həm Xocavənd, həm də Zəngilan rayonunda çalışan işçilər əmək haqqının verilməməsi ilə bağlı bu günlərdə video-müraciət hazırlayaraq sosial şəbəkələrdə paylaşıblar. Xocavənd rayonunda çalışmış insanlar “Bəyaz İnşaat”ın rəhbərliyindən narazılıq edir, əmək haqlarının gecikdirildiyini bildirirlər. Zəngilan rayonunda çalışan işçilər isə etirazlarını magistral yolu bağlamaqla bildiriblər.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Sherg.az”a açıqlamasında bildirdi ki, belə hallar var:
- Müəyyən subpodratçı təşkilatlardır, əmək haqqını bəzən gecikdirirlər. İşçilərin belə halları ictimailəşdirməsi yaxşıdır, amma daha yaxşı olar ki, işçilər Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etsinlər. Əmək haqqının hər gecikdirilən günü üçün 1 faiz də pul tələb edə bilərlər. Ola bilsin işəgötürənin günahı yoxdur, vəsait vaxtında köçürülməyib. Bunu araşdırmadan birbaşa cavab vermək olmur niyə əmək haqqında gecikdirmə var. Əgər işçilər hesab edirlərsə ki əmək haqqının gecikdirilməsinə işəgötürən səbəbkardır, o zaman 1 faz də əlavə ödəniş tələb etmək hüquqları var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 31 May 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















