Xocavənddə mina partlayışı Üç qurum birgə məlumat yaydı
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İşğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində 2026-cı il 21 avqust tarixində mina partlayışı hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verib.
Məlumata görə, Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb.
Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
Bu mövzuda digər xəbərlər:Xocavənddə baş verən mina partlayışı ilə bağlı MƏLUMAT
08 Avqust 2026 20:54
Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yaydı
23 Sentyabr 2025 19:56
Xocavənddə mina hadisəsi baş verib BİRGƏ MƏLUMAT/YENİLƏNİB
13 Mart 2026 00:45
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı YENİLƏNİB
02 Avqust 2026 17:24
Xocavənddə mina partlayıb
21 Avqust 2026 04:08
Baxış sayı:139
Bu xəbər 21 Avqust 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















