Icma.az
close
up
RU
Üç bacı kəndində snayper hədəfi altında reportaj

Üç bacı kəndində snayper hədəfi altında reportaj

Icma.az bildirir, Oxu.az portalına istinadən.

- Biz buradan belə gedə bilmərik!

- Niyə?

- Sizə xəbərdarlıq edilməli idi axı, Çerniqovda, mərkəzdə vəziyyət gərgindir. Rusiya hərbçiləri kənddən çıxsalar da, buranı ətraf meşəlikdən müşahidə altında saxlayırlar. Ancaq mülki şəxslər rahat gəzə bilirlər. Ukraynalı polis və ya hərbçi formasında kimi görsələr ya vururlar, ya tutub aparırlar, ya da atışma düşür. Bu da nə sizə, nə də bizə lazımdır?!

- Lazım deyil, amma...

- Nə amma? Üstünüzdəki "press" yazısını hər ehtimala çıxarın, belə lap rahat ola bilər. Yoxsa səni vurub, sonra o "press" sözünü ictimaiyyətə tərsinə oxutdurmağa çalışacaqlar ki, "bəs o jurnalist deyildi, icazəsiz "qonaq" idi".

Sözünü bitirməyə imkan vermədim, göy rəngli zirehli jiletə yapışdırılan "press" yazısını qoparıb, onlardan ayrılıb kəndə doğru addımladım.

Bura Ukraynanın Rusiya və Belarus ilə sərhədindəki Çerniqov vilayətidir. 2022-ci ilin iyul ayının əvvəlidir. Cəmi iki ay olardı ki, fevralın sonundan qonşu Kiyev vilayəti ilə paralel buranın da yarısını tutan Rusiya ordusu ərazidən çıxarılmışdı. Bu kənd isə vilayətin, qonşu Rusiya və Belarusla olan sərhəd "Üç bacı" kəndidir. Üç slavyan ölkəsinin sərhədlərinin qovuşduğu kənd olduğuna görə, əvvəldən adı belə olub. Kəndin hətta sərhədə doğru çıxacağında üç qonşu ölkənin şərəfinə "Üç bacı" abidəsi də var. 2014-cü ilə qədər hər il iyul ayının son bazar günü Ukrayna, Rusiya və Belarus prezidentləri burada görüşərək abidə önünə gül qoyub, yerli sakinlərin slavyan bayramına qatılırmış. Təəssüf ki, o abidəyə yaxınlaşa bilmədim. Çünki ora, artıq qarşı tərəflə təmas nöqtəsi idi.

Ehtiyatla kəndə yaxınlaşdım. Blokpostdan ora cəmi bir kilometr olardı. Yayın qızmar günəşi, ətrafı meşəlik, yaşıllıqdan ibarət bu kəndi cənnətə bənzədirdi. Kəndə girib orta yolla, reportaj üçün çəkiliş edərək mərkəzinə doğru irəliləyirdim. Fikrim ətrafda idi, çünki xəbərdarlıq etmişdilər ki, "cəmi 200-300 metrlikdən rus snayperləri səni izləyəcəklər".

Yolboyu bir neçə evdə sakinləri tapıb söhbət apardım. Rusiya ordusunun burada olduğu ayyarım ərzində nələrin baş verdiyi barədə danışırdılar. Bəziləri ümumiyyətlə onları görmədiklərini, ayyarım evdən bayıra çıxmadıqlarını deyirdilər. Məsələn, 60-70 yaşlarında ər-arvad Mixail və Lyudmila ilə söhbətdən məlum oldu ki, burada olan sırf Rusiya hərbçiləri olublar (yəni "kadırovçu"lar deyilən dəstələr olmayıb) və onlarla normal davranıblar.

"Bir dəfə məndən yer qazmaq üçün bel istədilər, verdim. Ondan başqa heç həyətimə də daxil olmadılar" - deyə, Mixail oturduğu kötüyün üstündə yerini bir az da rahatladı. Aşağı küçədə yaşayan Alla isə deyir ki, qonşuluqdakı boş evə hərbçilər girib yaşayırdılar. Hər gecə içib, havaya atəş açırdılar. Amma onun heç nəyinə toxunmayıblar.

Beləcə reportajıma davam edərək kəndin mərkəzinə çatdım. Kənddə demək olar ki, az adam qalmışdı. Bəlkə də o səbəbdən mərkəzi poçtun qarşısı boş idi. Poçtun pəncərəsindən içəri göz gəzdirib geri dönəndə gözüm qamaşdı. Elə bildim günəş şüasıdır. Amma günəş məndən əks istiqamətdə idi. Elə bu an qolumun üstündə, sinəmdə qırmızı düyün işıqlar gəzişməyə başladı. Anladım ki, snayperin işıqlarıdır. Məni görmüşdülər, hədəfdə idim. Bir anlıq ayağım kilidləndi. Bəlkə də, ilk dəfə ölümü hiss etdim, dilim tutulmuşdu. Telefonumu götürmək istədim, əlim sanki kilidlənmişdi. Təxminən bir neçə dəqiqə belə keçdi. Elə bil ölümlə salamlaşırdım. Yenə oğlum gözümün qabağına gəldi. Həyatımı, arzularımı xatırladım...

Snayper işıqları üstümdə oynaşırdı. Birdən ağlıma gəldi ki, bunların atəş açmaq fikri yoxdur, nəyi gözləyirlər? Yavaş-yavaş gəldiyim yol ilə geri qayıtdım. Çalışdığım qədər özümü bilməzliyə, görməzliyə vururdum. Təxminən 100-150 metr uzaqlaşmışdım, arxada şüşə çiliklənməsi, ağac şaqqıltısı səsi eşidildi. Sürətimi artırmağa başladım. Onların xəbərdarlığı təxminən bu demək idi: "səni vurmadıq, amma bir də buralara gəlmə".

İlk dəfə idi yayın istisində sürətlə yerisəm də, tərləmirdim. Kəndin çıxışına çatıb, orada postun yanında gözləyən, Kiyevdən məni bura gətirən həmyerlim Şamxal Quliyevin avtomobilinə çatdım. Bir butulka suyu birnəfəsə içdim. Kəndin çıxışında əhaliyə yardım paylayan Şamxal məni görüb yaxınlaşan kimi, "tez buradan gedək" - deyə, xahiş etdim.

Aradan zaman keçsə də, indi də o qırmızı snayper işıqları, hərdən yuxuma girir və mənə yenə də xəbərdarlıq edir.

Mübariz Aslanov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri