Icma.az
close
up
RU
Xoraların deşilməsinə və qanamasına gətirib çıxaran amillər AÇIQLANDI HƏKİM DANIŞDI

Xoraların deşilməsinə və qanamasına gətirib çıxaran amillər AÇIQLANDI HƏKİM DANIŞDI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Nimesil kimi tanıdığımız preparatın kimyəvi tibbi molekulası nimesulid molekulasıdır. Bu molekula qeyri-steroid iltihab əlehinə preparatlar qrupundadır”. Bu sözləri SİA-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.

Sübhan Hacıyev sözlərinə belə davam edib: “Bu qrupun əsas təsirləri üçlüdür: Qızdırmasalıcı, ağrıkəsici və iltihab əlehinə. Adından məlum olduğu kimi bu cür preparatları biz əzələ-sinir ağrılarında, yüksək hərarətlərdə və infeksion iltihabı xəstəliklərdə istifadə edirik. Lakin bütün bunlarla yanaşı əks təsirləri də çoxdur. Əsas əks təsirlərə mədə-bağırsaq xəstəlikləri aiddir. Xüsusilə də qastrit, mədə və on iki barmaq bağırsaq alt xorası kimi xəstəliklər zamanı qətiyyən istifadə etmək olmaz. Çünki bu xoraların deşilməsinə və qanamasına gətirib çıxara bilir. Eyni zamanda, uzunmüddətli istifadə zamanı qaraciyərə toksik, zərərli təsirini göstərərək toksik hepatit vəziyyətini yaradır və qaraciyəri zədələmiş olur. Biz bilirik ki, nimesulid dmolekulası böyrəklər tərəfindən xaric olunur və uzunmüddətli istifadə zamanı böyrəkləri də yüklədiyi üçün böyrək xəstəliklərini də artırmış olur. Eyni zamanda hamiləlik zamanı, 12 yaşa qədər uşaqlarda, xüsusilə də ürək-damar xəstəliyi olan insanlarda tövsiyə olunmur və əks göstərişdir. Buna görə həkim terapevt olaraq insanlara ağrı və hərarətləri olduğu zaman özbaşına bu dərmanları qəbul etmələrini qətiyyən tövsiyə etmirəm. Çünki bu dərmanların xeyri olduğundan daha çox ziyanı var. İnsanlar öz orqanizmlərini tanımadan, yanaşı xəstəliklərini bilmədən bu cür dərmanları istifadə edərək özlərinə çox ciddi ziyan vurmuş olurlar.

Beləliklə, bir çox toz halında olan dərmanlar var ki, insanların müəyyən nasaz hiss etdikləri, virus infeksiyalarına yoluxduğu vaxt dərhal müraciət etdikləri preparatlardır. Bunların da tərkibində kifayət qədər ciddi molekullar var və qeyri-rasional, həkim nəzarəti olmadan qəbuli mədə-bağırsaq, qaraciyər, böyrəklər tərəfindən ciddi fəsadlara gətirib çıxaracağını bilsinlər. Buna görə də həkim tövsiyəsi olmadan dərman molekullarına müraciət etməsinlər”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri