Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Pulsuz ali təhsil: Gürcüstan variantı Azərbaycabda da tətbiq oluna bilərmi?

Pulsuz ali təhsil: Gürcüstan variantı Azərbaycabda da tətbiq oluna bilərmi?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ildən etibarən Gürcüstanın dövlət universitetlərində bütün tələbələrin təhsili dövlət tərəfindən tam şəkildə maliyyələşdiriləcək.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin açıqlamasında bildirilir.

Yəni, gələn ildən dövlət universitetlərində təhsil tam pulsuz olacaq. Məlumata görə, növbəti tədris ilində özəl ali məktəblərə yeni daxil olan tələbələr üçün dövlət tərəfindən qrant ayrılmayacaq. Bununla belə, artıq özəl ali məktəblərdə təhsil alan  tələbələr, həmçinin magistraturaya qəbul olunanlar əvvəlki qaydada dövlət maliyyə dəstəyindən yararlanmağa davam edəcəklər.

Bəs, qarşıdakı illərdə bu yenilik Azərbaycanda da tətbiq oluna bilərmi? Dövlət universitetlərində təhsilin ödənişsiz olmasının hansı müsbət təsirləri var?

Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, təhsil haqlarının yalnız dövlət hesabına ödənilməsi təcrübəsi dünyanın bir neçə ölkəsində tətbiq olunur. Hətta iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrdə də belə ali təhsil tələbələr üçün tamamilə pulsuz ödənişsiz deyil.

Onun sözlərinə görə, burada məsələnin əsas motivi ali təhsilin gələcəkdə tələbələr üçün tamamilə ödənişsiz olub-olmamasından çox, başqa meyarlarla bağlıdır:

“Əvvəlcə onu bildirək ki, dünyanın heç yerində "pulsuz təhsil" anlayışı yoxdur. Sadəcə dövlət təhsilalanın üzərinə düşən xərcləri öz üzərinə götürdüyü üçün və maddi məsrəf vətəndaşın üzərinə düşmədiyi üçün onu yanlışlıqla "ödənişsiz təhsil" adlandırırlar. Amma təhsilin ödənişsiz olması heç cür mümkün deyil: sadəcə, dövlət bu xərci-müəllimin, texniki-təşkilati heyətin maaşını, kommunal və vergi öhdəliklərini öz üzərinə götürür. Bu mexanizm isə bəzi dövlətlərdə tətbiq olunur, bəzilərində isə yox. Təbii ki, göstərdiyi nəticədən asılı olmayaraq hər kəs üçün ali təhsilin "ödənişsiz" olması yaxşı təşəbbüsdür. Bu, cəmiyyət daxilində gəncləri ali təhsilə daha da sövq edə, bu prosesə təşviq gücünü artıra bilər. Amma dövlətin bunu mütləq şəkildə etmək öhdəliyi yoxdur. Amma dövlət sifarişli plan yerlərinin ildən-ilə artırılması, universitetlərin akkreditasiya qaydalarında yumşalmalar, universitet sayının artırılması üçün edilən təşəbbüslər göstərir ki, bizdə də gələcəkdə bu istiqamətdə xeyli irəliləyişlər olacaq".

E.Nuri qeyd edib ki, bu kimi proseslərlə bağlı addımlar birdən-birə atılmır. Bu, mərhələli şəkildə həyata keçirilən və bir çox qaydalardan sonra növbəti mərhələlərdən biri kimi öz təsdiqini tapan prosesdir. Ona qədər isə biz bir çox məsələlərdə zəruri addımlar atmalıyıq.

Elmin Nuri: Göstərdiyi nəticədən asılı olmayaraq hər kəs üçün ali təhsilin ödənişsiz olması yaxşı təşəbbüsdür

"Bütün mahiyyət tələbə üçün stimullaşdırıcı addımların tətbiqi mexanizmdir. Şərt deyil ki, biz stimullaşdırmanı mütləq dövlət sifarişli universitetlərdə təhsili tələbə üçün tam şəkildə pulsuz etməklə məhdudlaşdırmalıyıq. Xeyr, hazırda tələbələrin universitetlərə qəbul qaydaları yumşalsa, başqa dövlətlərdə olduğu kimi daha sərbəst və rahat proseduralarla  həyata keçirilsə, əmək bazarının birbaşa diktə etdiyi ixtisaslara diqqət göstərilsə, müxtəlif profilli universitet və ixtisasların sayı artırılsa, mövcud təhsil haqqıları artan xətt üzrə dəyişməsə, universitet özünün maliyyələşdirmək uğrunda az da olsa cəhd etsə, düşünürəm ki, bu indi və yaxın gələcək üçün perspektivli tətbiqlər ola bilər. İnanın, qeyd olunan prinsiplərin tətbiqi tələbələr üçün ən əsas cəlbedici element olar", - deyə müsahibimiz əlavə edib.

Ekspert onu da vurğulayıb ki, universitetlərimiz özü öz büdcəsini elm-sənaye-innovasiya üçbucağı çərçivəsində formalaşdıra bilmir. Ali təhsil müəssisəsinin xərcləri həm də təhsil haqlarının hesabına ödənilir:

"Universitet bu gün "mən nə etməliyəm ki, özüm də maliyyə əldə etməliyəm?" sualı uğrunda dayanmadan düşünməli və nələrisə tətbiq etməlidir. Yalnız belə olan təqdirdə biz gələcək illərdə təhsilin tələbələr üçün ödənişsiz olub-olmamasından danışa bilərik".

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Dekabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri