Xorvatiya MN in nümayəndə heyəti Azərbaycandadır
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Müdafiə Nazirliyinin Müdafiə Akademiyasının dekanı polkovnik Goran Huljev, “Katarina Zrinska” adına Xarici Dillər Mərkəzinin direktoru xanım İrina Prifi Duriç və digər nümayəndə heyəti Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunu və Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.
Müdafiə Nazirliyindən Gununsesi.info verilən məlumata görə, keçirilən görüşlərdə Azərbaycan ilə Xorvatiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, hərbi kadrların hazırlanması, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub.
Nümayəndə heyətinə hər iki təhsil müəssisəsinin tarixi, tədris prosesi və maddi-texniki bazası barədə ətraflı məlumat verilib, qonaqlar tədris infrastrukturu ilə yaxından tanış olublar.
Səfər çərçivəsində hər iki ölkənin nümayəndələri hərbi təhsil sistemi və təhsil müəssisələrinin fəaliyyəti, eləcə də bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə qarşılıqlı brifinqlər təqdim edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 03 İyul 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















