Icma.az
close
up
RU
Xorvatiyada “Taxt tac oyunları” filminin çəkiliş meydanları Trampın rüsumlarına görə təhlükə ilə üzləşib

Xorvatiyada “Taxt tac oyunları” filminin çəkiliş meydanları Trampın rüsumlarına görə təhlükə ilə üzləşib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 may, AZƏRTAC

“Taxt-tac oyunları” teleserialı və ya “Ulduz müharibələri: Son Jedai” filminin çəkilişlərinin aparıldığı Xorvatiyanın qədim Dubrovnik şəhərinin qalaları və daş döşənmiş küçələri tez-tez turistlərlə dolu olur.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın bu ay xaricdə istehsal olunmuş bütün filmlərə 100 faiz rüsum tətbiq ediləcəyi ilə bağlı verdiyi bəyanatlar əyləncə sənayesində narahatlıq yaradıb. Belə ki, rejissorların bundan sonra Xorvatiyada film çəkməkdən imtina edə biləcəyi ilə bağlı narahatlıqlar artır.

“Reuters” agentliyi qeyd edir ki, xorvatiyalı kinoprodüser İqor Aleksandar Nolanın sözlərinə görə, Trampın tətbiq etməyi planlaşdırdığı rüsumlar nəticəsində böyük pozuntular baş verib. Əlavə edib ki, qlobal iqtisadi sarsıntılar fonunda film büdcələri onsuz da ziyana düşüb. Audiovizual sənət üçün banklar və investisiya fondlarından gələn maliyyələşmənin bir hissəsi əsasən qeyri-müəyyənlik səbəbilə dayandırılıb.

Mərkəzi Avropa ölkələri və Balkanlar artıq illərdir ki, Hollivudun diqqətini çəkir. Regionun təbii mənzərələri, müxtəlif memarlıq üslublarının birləşməsi və aşağı istehsal xərcləri film çəkilişləri üçün ideal şərait yaradır. Hər hansı film və ya serial populyarlaşdıqda, bu məkanlar daha da məşhurlaşır.

Bələdçi İvan Vukoviçin sözlərinə görə, “Taxt-tac oyunları” Dubrovniki tamamilə dəyişdi. Hər gün təxminən minə yaxın turist “Taxt-tac oyunları” turuna qoşulur.

Yeni suvenir dükanları açılıb, çəkiliş mövsümündən kənar filmlərin çəkilişində kömək edən yerli sakinlər və bələdçilər üçün iş yerləri yaradılıb.

“Bütün bunlar böyük iqtisadi inkişafa səbəb olub”, – deyə Vukoviç bildirib.

Trampın rüsumların tətbiqi ilə bağlı dəqiq vaxt açıqlamaması isə kino sahəsinin rəhbərləri arasında əlavə qeyri-müəyyənlik yaradıb. Onlar indi bu siyasətin film sənayesinə necə şamil olunacağını düşünürlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see208

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see200

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see162

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see139

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see132

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see128

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri