Icma.az
close
up
RU
Xorvatiyalı azarkeşlər minlərlə azərbaycanlını necə susdurdu? YAZI

Xorvatiyalı azarkeşlər minlərlə azərbaycanlını necə susdurdu? YAZI

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Statistika mənbələrinə inansaq, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Zirə” – “Hayduk” matçını tribunadan 5232 azarkeş izləyib.

“Neftçi Arena”nın 10289 yerlik olduğunu nəzərə alsaq, ortabab nəticədi. Amma bu məqamda məsuliyyəti rəqəmlərə yükləyib yaxamızı kənara çəksək, yumşaq desək, ayıb olar. Ona görə ki, stadionda anşlaq olmalıydı! Niyə?
Birincisi, “Zirə” Misli premyer-liqasında 2024/25 mövsümünü ikinci pillədə başa vurub. Özü də ardıcıl ikinci dəfə... Bu o deməkdi ki, “qartallar” ölkəmizin “Qarabağ”dan sonra ən güclü komandasıdı. Demək, məntiqlə elə “Zirə”dən əsas mərhələyə vəsiqə qazanmasını tələb etməyə ixtiyarımız var və bunun üçün stadionlara yollanmağa borcluyuq.
İkincisi, “Zirə” evdə meydana çıxsa da, favorit “Hayduk” idi. Sizi bunun səbəbindən xəbərdar etmişik. Hər halda, Xorvatiya təmsilçisi ölkənin ən titullu iki komandasından biridi (digəri Zaqreb “Dinamo”su). Düzdü, “dəniz ustaları” bu matçda özünə bənzəmədi. Lakin start fiti çalınana qədər heç kmi belə olacağını proqnozlaşdırmırdı. Qısası, “Zirə” daha çox tərəfdarın dəstəyinə möhtac durumda idi. Bunu Rəşad Sadıqov da etiraf etmişdi. Həm oyunöncəsi mətbuat konfransında digər klubların da azarkeşlərini stadiona çağırmaqla, həm də start heyətində 10 legionerə güvənməklə.
Üçüncüsü, rəqibin Azərbaycana 400-500 azarkeşlə, xüsusilə, “Torsida” fanklubuyla birgə gələcəyi hələ bir neçə gün əvvəldən bəlliydi. Onlar matçın başlamasına bir saat qalmış tribunadakı yerini almışdı. Onda hələ stadionda barmaqla sayılacaq qədər azərbaycanlı azarkeş var idi. İş ondadı ki, xorvatiyalı azarkeşlər minlərlə azərbaycanlını susdurdu, azarkeşlik mədəniyyətinin nədən ibarət olduğunu, ənənələrə sadiq qalmağın vacibliyini, komandanı səfərdə necə dəstəkləmək lazım olduğunu nümayiş etdirdi.
Bəs, onlardan, loru dildə desək, nəsə görüb-götürdükmü? Bundan sonra fərqli olacağıq, yoxsa “Hayduk” güclü rəqibdi”, “Torsida” Avropanın ən qədim fanklubudu” kimi bəhanələrə sığınmağa davam edəcəyik?
Cavabı bilirəm... Necə deyərlər, pir mənimdi, kəramətinə bələdəm...
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 İyul 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri