Icma.az
close
up
RU
Xoşbəxt Yusifzadənin təltif etdiyi alim işdən çıxarıldı

Xoşbəxt Yusifzadənin təltif etdiyi alim işdən çıxarıldı

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ehtiyatda olan baş leytenant, SOCAR nəzdində "Ekol Mühəndislik Xidməti" QSC-də 17 ildir, gənc ekoloq-alim kimi fəaliyyət göstərən Nazim Tahir oğlu Məmmədov işindən azad edilib. 

Bu barədə Pravda.az-a danışan N.Məmmədov deyib ki, uzun müddətdir, əmək sərf etdiyi iş yerində əmək müqaviləsinə xitam verilib: 

“17 ilə yaxın bir dövrdə Abşeron ərazisində neft-qaz sənayesində ekoloq alim və peşəkar bir mütəxəssis kimi çalışmağıma baxmayaraq, mənə qarşı haqsızlıq edilib. Məni 23 dekabr 2024-cü il tarixində işdən azad etdilər. Sözü gedən qurum SOCAR-ın nəzarəti altında fəaliyyət göstərən "Ekol Mühəndislik Xidmətləri" QSC-dir. İşdən çıxarmalarına səbəb kimi 6 aylıq bağlanmış müqavilənin müddətinin bitməsini gətirirlər. Bu nə deməkdir? Mən eyni sahədə, eyni bir müəssisədə və eyni vəzifədə 17 ilə yaxın bir müddətə şərəflə, vicdanla və düzgün qaydada çalışıram. Döyüş bölgəsinin zabiti olmuşam.  Ehtiyyatda olan baş leytenantam. Bu haqsızlıqlar bir neçə işçiyə şamil edilib. Digərləri isə toxunulmaz olaraq əvvəlki işlərində çalışırlar. Bir sözlə, mənim peşakar nüfuzuma və karyerama zərbə vurdular. 3 azyaşlı övladıma tək valideyn özüməm. Onlar mənim himayəmdədirlər. 14 yaşlı böyük övladım ürək qüsurundan əziyyət çəkir. Övladlarımı ağır sosial duruma saldılar. Deməli, nə mənim gənc bir alim kimi elmi fəaliyyətim, nə peşəkar mütəxəssis olmağım və ən əsası isə 3 azyaşlı övladımın ağır sosial durumu nəzərə alınmadan mənə bu zərbəni vurdular. Bu Azərbaycan aliminə və övladlarıma qarşı edilən böyük bir faciədir. Mənim başqa qazanc yerim yoxdur. Bu haqsızlığıa görə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbərliyinə dəfələrlə müraciətlər etsəm də, heç bir köməklik göstərilməyib. Əksinə mənə əmək fəaliyyətimdə maneə yaradılır və basqılar edilirdi. Eyni zamanda SOCAR-ın pezidenti cənab Rövşən Nəcəfə müraciət edərək, məni şəxsən qəbul etməsini xahiş etsəm də, təəssüf ki, hələ mümkün olmayıb. Əvvəlki müraciətlərimə görə 13 dekabr 2024-cü il tarixdə məni SOCAR-ın vitse-prezidentinin müavini qəbul etdi. Lakin görüş zamanı məlum oldu ki, SOCAR-ın vitse-prezidentinin müavini mənim  problemimi həll etmək  səlahiyyətində deyil. Hazırda çox pis vəziyyətdəyəm, haqsızlıqlarla barışa bilmirəm. Mənə qeyri-peşakar damğası vurularaq işdən azad etdilər. Bu, mənə qarşı  böyük haqsızlıq və faciədir”. 

Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanlanıb. 

Aytəkin Qardaşova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://pravda.az
archiveBu xəbər 09 Yanvar 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see153

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see127

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see124

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see124

Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub

30 May 2025 14:54see124

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see122

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see121

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see119

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see119

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see118

Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır

30 May 2025 18:33see117

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see117

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see117

İşğaldan azad edilən ərazilərə daşınan sərnişin sayı...

30 May 2025 18:36see117

Zelenski birbaşa danışıqlar arzusu ilə seçkiləri təxirə salmaq istəyir

30 May 2025 14:08see116

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see115

Daxildə Birlik, Xaricdə Etibar Azərbaycanın Müstəqillik Formulu

30 May 2025 11:45see115

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular Zərərçəkmiş

30 May 2025 15:00see115

Qatara biletsiz minənlərə pis xəbər

30 May 2025 18:41see114

Koronavirusun yeni ştammının “imza” simptomunun adı açıqlanıb

30 May 2025 21:37see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri