Icma.az
close
up
RU
Xoşbəxtlik hormonu xərçəngin sonunu gətirə bilər ARAŞDIRMA

Xoşbəxtlik hormonu xərçəngin sonunu gətirə bilər ARAŞDIRMA

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Yeni araşdırmalar “xoşbəxtlik hormonu” kimi tanınan serotoninin yalnız əhvali-ruhiyyəni deyil, həm də xərçəngin yaranmasını və inkişafını təsirləndirə bildiyini üzə çıxarıb.

Sherg.az xəbər verir ki, serotonin çox vaxt “xoşbəxtlik hormonu” adlandırılır. Lakin alimlərin fikrincə, artıq bu tanıtım kifayət etmir. Son tədqiqatlar serotonin molekulunun xərçəngin formalaşması və irəliləməsində gözlənilməz rol oynaya biləcəyini göstərir.

Serotonin deyildikdə ağla beyin gəlsə də, orqanizmdə serotoninin təxminən 95 faizinin bağırsaqlarda istehsal olunduğu məlumdur. Buradan qana keçən hormon qaraciyər, mədəaltı vəz, əzələlər, sümüklər, yağ toxuması və immun hüceyrələri də daxil olmaqla bir çox toxumalara çatır.

Bağırsaq mənşəli serotonin qanda şəkərin tənzimlənməsindən bədən temperaturunun qorunmasına, sümük sağlamlığından iştaha və bağırsaq hərəkətlərinə, cinsi funksiyalardan yara sağalmasına qədər çoxlu həyati funksiyanı yerinə yetirir. Qısacası, serotonin təkcə əhvali-ruhiyyəni deyil, orqanizmdə bir çox yaşamsal prosesləri idarə edir.

2019-cu ildə Nyu-Yorkdakı İcahn Tibb Məktəbində aparılan diqqətçəkən araşdırma serotoninin hüceyrələrin içinə daxil olaraq birbaşa DNT ilə qarşılıqlı təsirə girdiyini ortaya qoydu. Tədqiqatın nəticələrinə görə serotonin, genlərin aktiv olub-olmayacağını müəyyən edən molekulyar “açarlar”a bağlanır və bəzi genlərin işə düşməsini təmin edir.

Sonrakı araşdırmalar göstərib ki, bu mexanizm xərçəngin böyüməsində rol oynayan genləri də aktivləşdirə bilir. Bu təsir beyin, qaraciyər və pankreas xərçənglərində müşahidə olunub və alimlərin fikrincə, başqa xərçəng növlərində də rol oynaya bilər.

İrlandiyanın Limerik Universitetində çalışan tədqiqatçılar serotoninin DNT üzərində bağlandığı nöqtələri xəritələşdirərək onun xərçənglə əlaqəli genlərə təsirini araşdırırlar. Bu mexanizmin ətraflı şəkildə anlaşılması xərçəngdə tətbiq olunan “epigenetik müalicələrə” yeni imkanlar aça bilər.

Epigenetik müalicələr DNT ardıcıllığını dəyişdirmədən genlərin birbaşa açılıb-bağlanmasını hədəfləyir. Bu yolla xərçəng hüceyrələrində zərərli genlər deaktiv edilə, faydalı genlərin isə aktivləşdirilməsi mümkün ola bilər.

Bu metod uğur qazanarsa, klassik cərrahiyyə, kimyaterapiya və radioterapiyaya nisbətən daha hədəfli və yan təsirləri az olan müalicə üsullarının hazırlanması mümkün olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Noyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri