Icma.az
close
up
RU
Xoşbəxtliyin qafiyəsi tapıldı KÜNCDƏN BAXIŞ

Xoşbəxtliyin qafiyəsi tapıldı KÜNCDƏN BAXIŞ

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Elçin Bayramlı

Məşhir filmimizdə- "Bəxt üzüyü"ndə şair Moşu xoşbəxtliyə qafiyə və tərif axtarır, lakin tapa bilmir. Bu sual çox qədimdən var və müdriklər xoşbəxtliyin qısa tərifini veriblər- xoşbəxtlik çox şeyə malik olmaqda deyil, az şeyə ehtiyacı olmaqdadır. Bu cümlə hər şeyi ifadə edir.

Xoşbəxtliyin yeganə şərti minimalizm, sadə həyat tərzi, maddi bağlılıqların olmamasıdır. Dünya tarixində də, bugünkü dünyada da əyani sürətdə bu sübut olunur. Bu cəhətdən ən yaxşı cəmiyyətlər Skandinaviya ölkələri sayılır. Skandinaviya ölkələrində insanların xoşbəxtlik anlayışı daha çox sadə həyat tərzi, maddi sərvət hərisliyinin olmaması ilə bağlıdır. Məsələn; illərlə eyni paltarı geyinirlər, evin mebellərini azı 30-40 il istifadə edirlər, ən sadə və kiçik avtomobil alırlar. Yəni bu, onların xoşbəxtliyinə mane olmur. Xoşbəxtlik anlayışı elə buradan başlayır, heç nəyin əsiri olmamaqdan.

Çox təəssüf ki, bəzi cəmiyyətlər, o cümlədən biz həyatımızı yalnız maddiyat üzərində qurmuşuq. Zənginlik, göstəriş, maddi israfçılıq, dəbdəbə- bu kimi məsələlər bizə həm fərd olaraq, həm cəmiyyət olaraq problem yaradır. Çox təəssüf ki, bizim xüsusiyyətlərimiz, psixologiyamız, min illərdi belə formalaşıb və bunun dəyişilməsi çox çətindir.

İnsanlar başa düşməlidirlər ki, heç də hər şeyə maddi cəhətdən yanaşmaq olmaz.

Bizdə çox vaxt insanlara verilən qiymət də, hörmət də əsasən onun vəzifəsinə, puluna, maddi imkanına, bahalı geyiminə, telefonuna, avtomobilinə, evinə, əşyalarına görədir. Sağlam təfəkkür olmayanda, insanlar arasında mübarizə böyüyür. Hətta daha çox oğurlamaq, daha çox rüşvət almaq, başqalarının haqqına girmək, başqalarını aşağılamaq, vəzifə uğrunda mübarizə aparmaq kimi halların sayı çoxalır.

İnsanların maddi hərisliyi, vəzifə hərisliyi yoxdursa, saqqal-daraqları almağa ehtiyacı olmayan əşyaları almaq hərisliyi yoxdursa, bu sağlam təfəkkürdür. Normal psixologiya odur ki, insanlar tez-tez mebel dəyişməz, bahalı avtomobillər almaz, geyimləri bir ay geyib atmazlar. Bu şeyləri özünü başqalarına göstərmək üçün etməzlər.

Sadə və minimalist həyat tərzi insanlara rahatlıq və xoşbəxtlik gətirir. Sağlam cəmiyyətdə heç kim bir-birindən utanmır, kimsə sadə geyindiyinə, bahalı zinət əşyaları taxmadığına görə hörmətsiz yanaşılmır. Vəzifəyə və ya pula görə insanlar bir-birinə üstünlük vermirlər. Əgər biz sağlam bir cəmiyyət qurmaq istəyiriksə, bu prinsipləri qəbul etməliyik. Əks halda, daha çox problem və bədbəxt həyat tərzi ilə qarşılaşacağıq.

Təəssüf ki, bir çoxları üçün mal-mülk hərisliyi, əşyabazlıq, maddi zənginlik və əyləncəyə meyillilik ön plandadır. Əyləncə və istirahət anlayışının fərqinə baxın: sağlam cəmiyyətlərdə insanlar təbiət qoynuna gedir, velosipedlə və ya ucuz maşınla yüngül yeməklər götürüb meşədə, dağda gəzirlər, tarixi abidələri ziyarət edirlər. Bu həm ucuz başa gəlir, həm də ruhu dincəldir. Bizdə isə istirahət üçün minlərlə manat xərclənir. Bir çoxları səs-küylü, bahalı restoranlarda yemək yeməyi istirahət sayırlar.

Bəziləri ehtiyac olmadan üç mərtəbəli, on beş otaqlı evlər tikirlər. Bəziləri isə iki otaqlı evdə xoşbəxt yaşayırlar. Belə təffəkkürlü insanlar çox olanda cəmiyyətdə nə kriminal olur, nə də sosial problemlər. Çünki hər kəs- həkim, müəllim, usta- öz işini vicdanla yerinə yetirir. Heç kim heç kimi aldatmır, hər kəs bir-birinə hörmət və qayğı ilə yanaşır.

Belə təfəkkürlü insanlar az olanda isə problem yaranır- bir çoxları maddi gəlir uğrunda hər yola əl atır, bir-birini aldadır, təbiətə və xalqa zərər vururlar. Bu da hər sahədə problem yaradır. Deməli, məsələ gəlirdə və sərvətdə deyil. Məsələ ağıllı, vicdanlı, əxlaqlı və düzgün yaşamaqdadır.

İnsan daha çox əmlak, daha çox texnika əldə etdikcə, bu əşyaların qulluqçusuna çevrilir. Onları təmir etmək, qorumaq, yeniləmək insanın enerjisini, əsəblərini, vaxtını alır. Əşyalar sənə deyil, sən əşyalara xidmət etməyə başlayırsan. Halbuki bu əksinə olmalı idi.

Bugünkü psixologiyamız elə formalaşıb ki, sağlam cəmiyyət modelinə keçid çətin görünür. Amma bu bir seçimdir. Biz cəmiyyət olaraq ya sağlam və düzgün bir yol seçməliyik. İnsan necə düşünürsə, necə yaşayırsa, ona da layiq olur. Arzularımız, düşüncəmiz və həyat tərzimiz bütövlükdə ölkənin gələcəyini müəyyən edir.

Biz əslində xoşbəxt millətik. Bu gün bizim güclü müstəqil dövlətimiz, gözəl ölkəmiz, zəngin milli mədəniyyətimiz, sağlam milli dəyərlərimiz var. Sadəcə, maddi dəyərləri mənəvi dəyərlərdən üstün tutmayaraq özümüz üçün sadə və xoşbəxt həyatı təmin edə bilərik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see345

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see252

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see252

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see243

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see243

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see241

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see234

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see232

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see230

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see225

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see224

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see216

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see213

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see213

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see210

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see208

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see206

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see202

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see194

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri