Xoşqədəm Hidayətqızı: “Səni axtarıram”ı davam etdirdiyimə görə peşmanam
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Səni axtarıram” verilişindən danışmaq istəmirəm. Çox peşmanam bu layihəni davam etdirdiyimə. 2015-ci ildə bu verilişin nöqtəsini qoymalı idim. Çünki bu qədər ucuzlaşdırmamalı idilər layihələri".
Bunu Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Günaydın Azərbaycan” verilişində deyib.
O əlavə edib: "Mənə qısqanclıqla baxıb, bu niyə bu qədər uğur qazanır deyirdilər. Bəziləri isə bu kimi layihələri pul qazanmaq üçün edirdi. Bəli, bu layihələr pul gətirirdi. Bəlkə də televiziyanı ayaqda saxlamaq üçün.
“Səni axtarıram” verilişinin 15 illik yubileyinə hazırlaşıram. İki layihə yaratmışam. İkisidə bu ölkədə adla deyilib. Çünki mən ürək qoyuram. Sevmədiyim işi etmirəm”.
Yenisabah.az

