Bəzi rayonlara leysan, Şahdağa qar yağır
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda iyunun 3-ü saat 17:00-a olan məlumata əsasən hazırda küləkli və yağıntılı hava şəraiti müşahidə edilir.
Ölkə.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Ağdam, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Tərtər, Mingəçevir, Göygöl, Yevlax, Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, İmişli, Şamaxı, Ağsu, Qəbələ, Şəki, Zaqatala, İsmayıllı, Xınalıq, Qrız, Qusar, Quba, Xaltan, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
Şahdağa isə qar yağması müşahidə edilir.
Saat 16:21-16:24 radələrində Xankəndi şəhərinə diametri 8-10 mm olan dolu düşüb. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Zərdabda 18, Sabirabadda 17, Naxçıvanda 16, Cocuqmərcanlı və Şamaxıda 15 m/s-yə çatır.
Baxış sayı:116
Bu xəbər 03 İyun 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















