Xristo Stoiçkovun yubiley matçında faciə
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Xristo Stoiçkovun "Qızıl top"u qazanması münasibətilə keçirilən yubiley matçında faciə yaşanıb. Sport24.az xəbər verir ki, 34 yaşlı futbolçu Martin Deçev dünyasını dəyişib.
MOİK (Sofiya) klubunun yaydığı məlumata görə, veteran oyunçunun qəfildən vəziyyəti pisləşib və yerə yıxılıb. Həkimlərin köməyinə baxmayaraq, Martinin həyatını xilas etmək mümkün olmayıb.
Deçev karyerası ərzində MOİK (Sofiya), "Ludoqorets", "Slaviya" (Sofiya) kimi klublarda çıxış edib. O, 2017-ci ildə zədə üzündən futbolla vidalaşmağa məcbur olub.
Qeyd edək ki, Stoiçkov 1994-cü ildə "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:Stoiçkovun Qızıl topuna həsr olunmuş matçda faciə İdman və Biz
22 Dekabr 2024 14:19
Letiç yubiley matçında üzüldü
07 Aprel 2025 12:23
Yubiley matçında komandası uduzdu
15 Mart 2026 23:06
Biz bura qələbə ümidi ilə gəlmişdik Xristo Yane
23 İyul 2026 22:42
Xristo Stoiçkov SSKA "Qarabağ" oyunundan danışdı
31 İyul 2026 18:33
Baxış sayı:167
Bu xəbər 22 Dekabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















