Xristo Stoiçkov SSKA "Qarabağ" oyunundan danışdı
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bolqarıstan futbolunun əfsanəsi Xristo Stoiçkov SSKA-nın "Qarabağ" üzərində qələbə qazanaraq UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlməsindən sonra fikirlərini bölüşüb.
QOL.az Bolqarıstanın "sportal.bg" saytına istinadən xəbər verir ki, Stoiçkov qarşılaşmanın jurnalistlərə açıqlamasında olduqca gərgin keçdiyini bildirib: "Çətin oyun oldu. Komanda ilk dəqiqədən qələbə istəyirdi. Bunun üçün daha çox istək və xarakter göstərmək lazım idi. Gərginlik böyük idi, amma bu, kubok matçıdır və son fitədək mübarizə aparmalısan. Həm onların, həm də bizim qol imkanlarımız oldu. Penaltilər də futbolun bir hissəsidir".
Stoiçkov etiraf edib ki, uzun müddətdən sonra bu qədər həyəcan yaşayıb: "Sonuncu dəfə dünya çempionatının finalında bu qədər gərginlik hiss etmişdim".
O, futbolçuları qələbə münasibətilə təbrik etdiyini də vurğulayıb: "Uşaqlara uğurlar arzuladım. Bu oyun artıq geridə qaldı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 31 İyul 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















