Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

XRİTDX də müşavirə keçirildi FOTO

XRİTDX də müşavirə keçirildi FOTO

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2026-ci ilin ilk 6 ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Moderator.az xəbər verir ki, müşavirədən əvvəl rəhbər heyət Xidmətin inzibati binasında Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev giriş nitqində bildirib ki, hesabat dövründə ölkədə informasiya təhlükəsizliyi mühitinin daha da möhkəmləndirilməsi, dövlət informasiya ehtiyatlarının etibarlı mühafizəsi, kritik informasiya infrastrukturunun dayanıqlığının artırılması, eləcə də xüsusi dövlət rabitə sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunması məqsədilə kompleks tədbirlər ardıcıl şəkildə həyata keçirilib.

Həmçinin Xidmət rəisi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən informasiya təhlükəsizliyi sahəsinə göstərilən diqqət və dəstək nəticəsində XRİTDX-nin institusional potensialı və texnoloji imkanları əhəmiyyətli dərəcədə genişlənib, müasir rabitə infrastrukturu daha da təkmilləşdirilib, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələri möhkəmləndirilib və qarşılıqlı fəaliyyətin əhatə dairəsi genişləndirilib. O bildirib ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dövlət siyasətinin ardıcıl həyata keçirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və strateji sənədlərdən irəli gələn vəzifələrin vaxtında icrası XRİTDX-nin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Dövlət qurumlarının informasiya resurslarının şəbəkə səviyyəsində etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə “AzStateNet” şəbəkəsində tətbiq olunan yeni nəsil təhlükəsizlik həlləri vasitəsilə URL əsaslı 8,5 milyona yaxın təhlükəli keçid, həmçinin virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan 4 milyondan artıq şəbəkə trafiki bloklanıb. Eyni zamanda, “Sandbox” mühafizə sistemi tərəfindən 64 mindən artıq zərərverici tərkibli fayl aşkarlanaraq zərərsizləşdirilib və son istifadəçilərin yoluxmasının qarşısı alınıb.

Həmçinin Xidmət rəisi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, son istifadəçilərin kibertəhlükələrdən qorunmasının təmin edilməsi məqsədilə 6 ay ərzində ümumilikdə 2,5 milyona yaxın kibertəhdid zərərsizləşdirilib. Onlardan 700 mindən artığı mərkəzləşdirilmiş antivirus sistemi, qalanları  isə digət müasir kibertəhlükəsizlik həlləri vasitəsilə bloklanıb. Qeyd olunub ki, əldə olunan nəticələr dövlət qurumlarında tətbiq edilən çoxsəviyyəli və mərkəzləşdirilmiş kibermüdafiə mexanizmlərinin yüksək effektivliyini bir daha təsdiqləyir.

Xidmət rəisi bildirib ki, hesabat dövründə dövlət elektron poçt xidmətinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunması məqsədilə 8 milyondan artıq elektron məktub emal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Emal olunan məktubların 5,7 milyonu istifadəçilərə təhlükəsiz şəkildə çatdırılıb, 2,6 milyondan çoxunun isə zərərli tərkibli olduğu müəyyən edildiyindən bloklanıb.

Müşavirədə cari ilin ilk altı ayı ərzində informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, xüsusi və dövlət rabitəsi sahələrində həyata keçirilmiş tədbirlər, icra olunan layihələr, əldə edilmiş nəticələr, qarşıdakı dövr üzrə prioritet fəaliyyət istiqamətləri, həmçinin xüsusi rabitə infrastrukturunun müasirləşdirilməsi, dövlət orqanları arasında mühafizə olunan rabitə kanallarının etibarlılığının artırılması, məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi və rabitə sistemlərinin dayanıqlılıq və ehtiyatlılıq mexanizmlərinin gücləndirilməsi istiqamətində görülən işlərin icra vəziyyəti ətraflı təhlil olunub.Hesabat dövründə kadr hazırlığı və peşəkar bilik mübadiləsi sahəsində əldə olunan nəticələr də yüksək qiymətləndirilib. Bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi, praktiki bacarıqların inkişafına xidmət edən təlim proqramlarının və müasir laboratoriya mühitlərinin yaradılması ilə bağlı tapşırıqlar verilib.

Müşavirə zamanı Xidmətin struktur bölmələrinin rəhbərlərinin hesabatları dinlənilib, 2026-cı ilin ilk altı ayında görülmüş işlərin nəticələri ətraflı müzakirə olunub, mövcud vəziyyət qiymətləndirilərək qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətləri və prioritet vəzifələr müəyyənləşdirilib.

Müşavirənin yekununda Xidmətin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, kibermüdafiə imkanlarının gücləndirilməsi, rəqəmsal təhlükəsizlik sahəsində qabaqlayıcı tədbirlərin genişləndirilməsi və strateji hədəflərin vaxtında icrasının təmin olunması ilə bağlı aidiyyəti struktur bölmələrə konkret tapşırıqlar verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 İyul 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri