Icma.az
close
up
RU
XRİTDX də 2025 ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib FOTO/VİDEO

XRİTDX də 2025 ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib FOTO/VİDEO

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, müşavirə iştirakçıları tərəfindən XRİTDX-nin inzibati binasında yerləşən Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi böyük ehtiramla anılmışdır.

Həmçinin, iştirakçılar tərəfindən müşavirənin başlanğıcında Ümummilli lider Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra müşavirədə informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, xüsusi və dövlət rabitəsi üzrə görülən işlər, həyata keçirilən layihələr, əldə olunan nəticələr və qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə olunub.

Tədbiri giriş nitqi ilə açan XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev qeyd edib ki, hesabat dövründə ölkədə informasiya təhlükəsizliyi mühitinin gücləndirilməsi, dövlət informasiya ehtiyatlarının qorunması, kritik informasiya infrastrukturlarının dayanıqlığının artırılması ilə yanaşı, xüsusi dövlət rabitə sistemlərinin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən informasiya təhlükəsizliyi sahəsinə göstərilən diqqət və dəstək nəticəsində XRİTDX-nin institusional və texnoloji imkanları genişlənib, müasir rabitə infrastrukturu daha da gücləndirilib və beynəlxalq əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

İlqar Musayev çıxışında bildirib ki, hesabat dövründə dövlət informasiya resurslarının və istifadəçi mühitinin qorunması istiqamətində tətbiq edilən texnoloji həllər real nəticələrlə müşayiət olunmuşdur. O qeyd edib ki, “AzStateNet” şəbəkəsi üzrə istismara verilmiş yeni nəsil mühafizə avadanlığı vasitəsilə 450 milyona qədər zərərli keçid bloklanmış, o cümlədən onların 96.000 “Sandbox” mühafizə sistemi tərəfindən zərərverici tərkibli sənədlər kimi aşkarlanaraq zərərsizləşdirilmişdir.

Xidmət rəisi müşavirə iştirakçılarının diqqətinə çatdırıb ki, dövlət qurumlarının son istifadəçilərinin təhlükəsizliyinin təmin olunması məqsədilə Xidmət tərəfindən 93 dövlət qurumunu əhatə edən, ümumilikdə 55 min istifadəçi üçün mərkəzləşdirilmiş antivirus lisenziyası təqdim edilmişdir. Həmin sistem vasitəsilə 2025-ci il ərzində 6 205 200 zərərli aktivliyin qarşısı alınmışdır ki, bu da ötən illə müqayisədə təxminən 50,8% azalma deməkdir.

İlqar Musayev əlavə edib ki, Xidmət tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidməti üzrə 2025-ci il ərzində 17 milyondan artıq elektron məktub emal edilmiş, onların 12 milyonu istifadəçilərə çatdırılmış, 5 milyondan artıq məktub isə zərərli tərkibli olması səbəbindən bloklanmışdır. Bu göstəricinin 2024-cü illə müqayisədə təxminən 38,5% artım təşkil etdiyi vurğulanıb.

Bununla yanaşı, müşavirədə xüsusi rabitə infrastrukturunun modernləşdirilməsi, dövlət orqanları arasında mühafizə olunan rabitə kanallarının etibarlılığının artırılması, məlumat ötürülməsi proseslərinin təhlükəsizliyinin təmin edilməsi və rabitə sistemlərinin ehtiyatlılıq və davamlılıq mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm layihələr müzakirə  olunub.

Hesabat dövründə kadr hazırlığı və bilik mübadiləsi istiqamətində  mühüm nəticələrin əldə olunması qeyd edilib. Müşavirədə XRİTDX-nin təşəbbüsü ilə ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, praktik yönümlü təlim və laborator mühitlərinin yaradılması istiqamətində konkret tapşırıqlar verilib.

 Müşavirə zamanı Xidmətin struktur bölmələri üzrə məsul şəxslərin hesabatları dinlənilib, görülmüş işlər və əldə olunmuş nəticələr barədə məlumat verilib, mövcud vəziyyət təhlil edilərək qarşıda duran vəzifələr müəyyən edilib.

Müşavirəyə yekun vuran Xidmət rəisi general-leytenant İlqar Musayev cari ildə qarşıda duran vəzifələrin icrası, xüsusi rabitə infrastrukturunun daha da gücləndirilməsi, texnoloji imkanların artırılması, insan resurslarının inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Fevral 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri