Icma.az
close
up
RU
Xronika: Paşinyan Azərbaycana dəhliz verib, sadəcə olaraq, bunu yol adı altında gizlədir?

Xronika: Paşinyan Azərbaycana dəhliz verib, sadəcə olaraq, bunu yol adı altında gizlədir?

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Ermənistan Zəngəzur dəhlizini başqa ad altında açır" adlı süjetdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın Zəngəzur dəhlizi barədə açıqlamasından, Azərbaycandan Naxçıvana maneəsiz keçidlə bağlı Ermənistan hakimiyyətinin irəli sürdüyü müxtəlif variantlardan bəhs olunub.

Bildirilib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı əsas prinsiplər 10 noyabr razılaşmasında əksini tapıb: "Belə ki, Azərbaycandan Naxçıvana maneəsiz keçid verilir, bu marşrutun təhlükəsizliyi Rusiya sərhədçiləri tərəfindən təmin olunur. Rəsmi İrəvan bunu əvvəldən qəbul etməyib, buna görə ikinci variant - "Azərbaycandan Azərbaycana prinsipi" gündəmə gəlib. Bu varianta görə, Azərbaycandan Naxçıvana gedən sərnişinlər və daşınan yüklər heç bir yoxlanışa məruz qalmır, marşrutdan istifadə edən üçüncü ölkələr gömrük rüsumu ödəyirlər. A.Simonyanın açıqlaması bu variantın Ermənistan tərəfindən qəbul edildiyi rəyini yaradır".

Qeyd olunub ki, rəsmi Bakının dəyişməz tələbi Naxçıvana maneəsiz keçidin verilməsidir: "Ermənistanda düşünürlər ki, Paşinyan hakimiyyəti əslində Azərbaycana dəhliz verib, sadəcə olaraq, bunu "yol" adı altında gizlədir.

Süjetdə "Parlaq Ermənistan" Partiyasının lideri Edmon Marukyan, deputatlar Armen Rüstəmyan, Arman Yeqoyan, Artur Hovhannisyan, siyasi şərhçi Hakop Badalyan və politoloq Alen Gevondyanın fikirlərinə də yer verilir. Onların sözlərinə görə, hakimiyyət heç bir halda dəhliz verilməyəcəyini, lakin yüklərin Sünik (Zəngəzur) bölgəsindən maneəsiz keçməsini təmin etməyə hazır olduqlarını deyir: "Paşinyan və komandası ictimai rəyi hazırlayır. Ermənistan strukturlarının keçən yüklərlə bağlı məlumatsız olması mümkün deyil. Zəngəzurdan keçən yüklərə birbaşa baxış keçirilməsə, bu, dəhliz məntiqinin işə düşdüyü deməkdir. Hakimiyyətin danışıqların detallarını açıqlamaması şübhələri artırır".

Erməni ekspertlər də hesab edirlər ki, Azərbaycan yükləri Zəngəzurdan maneəsiz şəkildə keçəcəksə, rəsmi Bakı tələb etdiyi dəhlizi əldə edəcək.

Sonda vurğulanıb ki, Bakı-İrəvan danışıqlarında Naxçıvana maneəsiz keçidin verilməsi - Zəngəzur dəhlizinin açılması əsas müzakirə mövzularından biridir: "İrəvanda anlayırlar ki, regional kommunikasiyanın açılması Zəngəzur dəhlizinin reallaşmasından asılıdır, əks təqdirdə, Ermənistan dalan ölkə olaraq qalacaq. Ermənistanın yeganə çıxış yolu Zəngəzur dəhlizinin açılması - Azərbaycanın Naxçıvana maneəsiz keçidinə şəraitin yaradılmasıdır".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Fevral 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri