Icma.az
close
up
RU
Xronika: Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq

Xronika: Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Beş yaşım vardı, erməni nefti başıma töküb məni yandırmaq istəyirdi" adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qaraiman kənd sakini Səbuhi Şamoyevin həyat hekayəsinə həsr olunub.

O, 1971-ci ildə doğulduğunu, ailədə altı qardaş, bir bacı olduqlarını, orta məktəb illərində oynadıqları oyunları, Novruz bayramı ənənələrini xatırladıb, Şahdağ silsiləsinin ətəyində yerləşən kəndin gözəl təbiətindən, tayfa, məhəllə, dağ, bulaq və təsərrüfatından söz açıb, uşaq vaxtı valideynlərə kömək etdiklərini deyib.

Onun sözlərinə görə, uşaq vaxtı erməni alçaqlığının şahidi olub: "Mənim 5 yaşım var idi. Kəndə neft gətirib satan bir erməni onu başıma töküb məni yandırmaq istəyirdi. Qonşunu və anamı görəndə maşına minib qaçdı. Ermənilər o vaxt bizə belə alçaqlıqlar edirdilər. Ermənilər hələ 1918-ci ildə Göyçədə böyük qətliamlar törədib, insanları aldadıb bir yerə yığıb yandırıblar. 1918-ci ildə bizim kəndli Məşədi İsa və Zod kəndinin ağsaqqalı Səməndağa ilə birlikdə camaatı incidən Andranikin generalı Silikovu zərərsizləşdiriblər. Bizim rayonda erməni olmayıb. Onlar 1918-ci ildən sonra gəliblər. Qaraimanda bütün yer adları, yurd adları, qəbiristanlıqlar - hamısı orada yaşayan yerli əhalinin adı ilə bağlıdır. Albanların qəbiristanlığı, III-V əsrə aid kilsə, Ocaqtəpəsi piri var idi. Göyçənin bütün kəndlərindən ora ziyarətə gəlirdilər".

Qaraiman kənd sakini deportasiya həyatından da söz açıb: "1988-ci ildən başlayaraq rayona gedənləri ermənilər təhqir edirdilər. Hadisələr baş verəndə bizim kənddə iki yerdə post qurulmuşdu, maşınları yoxlayırdıq. O vaxt rayonun erməni birinci katibi kəndlərə gedib məlumat yayırdı ki, çıxın gedin, getməsəniz, sizin üçün çox pis olacaq. Bundan sonra kənddən köç başladı. Bizim ailə kənddən ən sonda çıxdı. 1989-cu il fevralın 15-də qarlı havada bizi gətirib Gəncədə yerləşdirdilər. Bir aydan sonra Bakıya köçdük".

S.Şamoyev sonda bildirib ki, oradan gələndə 17 yaşım var idi, hazırda 54 yaşım var: "Nə yuxu görürəmsə, öz kəndimizdə görürəm. Biz nə vaxtsa öz kəndimizə, elimizə, obamıza qayıdacağıq. Çünki ora erməni torpağı deyil, bizim vətənimizdir. O torpaq bizim əcdadlarımızın, babalarımızın torpağıdır. Biz ora mütləq qayıdacaq, bulaqlardan yenə su içəcəyik".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Xronika: "Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Aprel 2025 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri