Xucand şəhərində Özbəkistan, Tacikistan və Qırğızıstan arasında üçtərəfli sammit keçiriləcək
Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Martın 31-də Xucand şəhərində Özbəkistan, Tacikistan və Qırğızıstan arasında üçtərəfli sammit keçiriləcək . Sammitdə Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şavkat Mirziyoyev, Emoməli Rəhmon və Sadır Japarov içtirak edəcəklər Dövlət başçıları üç ölkənin sərhədlərinin qovşağına dair saziş imzalamağı planlaşdırırlar.
Səfər proqramına əsasən, Özbəkistan, Tacikistan və Qırğızıstan liderlərinin birgə görüşü, həmçinin ikitərəfli danışıqlar planlaşdırılır. Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov bundan əvvəl bunu ölkələrin ilk üçtərəfli sammiti adlandırmışdı.
Gündəliyə ölkələr arasında dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
Tədbirin yekununda Özbəkistan, Tacikistan və Qırğızıstanın dövlət sərhədlərinin qovşağına dair Sazişin imzalanması planlaşdırılır.
Dövlət başçıları incəsənət ustalarının birgə konsertində də iştirak edəcəklər.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 31 Mart 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















