Icma.az
close
up
RU
Xudayət Cabbarov Dövlətə sədaqət və xidmət yolunun nümunəsi

Xudayət Cabbarov Dövlətə sədaqət və xidmət yolunun nümunəsi

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın dövlətçilik ənənələrinə sadiqliyi, xalqa və torpağa bağlılığı ilə seçilən ictimai-siyasi xadimlərdən biri də Xudayət Məmməd oğlu Cabbarovdur. O, 1957-ci il avqustun 20-də qədim Qərbi Azərbaycanın Qafan rayonunun Oxtar kəndində dünyaya göz açıb. Hələ gənc yaşlarından milli ruhda formalaşan və vətən sevgisi ilə yoğrulan həyat yolu, onu sonradan həm idman, həm də dövlət idarəçiliyi sahələrində tanınmış bir simaya çevirmişdir.

1975–1977-ci illərdə həqiqi hərbi xidmətdə olan Xudayət Cabbarov, 1979–1983-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını, 2002–2004-cü illərdə isə politologiya üzrə ali təhsilini başa vuraraq, hər iki sahədə nəzəri və praktiki biliklərini möhkəmləndirmişdir.

İdmanla peşəkar səviyyədə məşğul olmuş, ağırlıqqaldırma üzrə idman ustası adına layiq görülmüş və 1984-cü ildə Ermənistan Spartakiadasının qalibi olmuşdur. Onun bu uğurları bir tərəfdən milli idmanın inkişafına töhfə verdiyi kimi, digər tərəfdən fiziki iradə və liderlik qabiliyyətlərinin təzahürü olmuşdur.

1983-cü ildə ali təhsilini başa vurduqdan sonra doğma yurdu Qərbi Azərbaycana qayıdan Xudayət Cabbarov, 1988-ci ildəki məlum hadisələrədək orada pedaqoji və ictimai fəaliyyətlə məşğul olmuşdur. Lakin Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində, doğma torpaqlarından didərgin düşərək Xızı rayonunda məcburi köçkün həyatı yaşamalı olmuşdur.

Bu ağır şəraitə baxmayaraq, Cabbarov Xudayətin dövlətə sədaqəti və ictimai fəallığı onu tezliklə yerli idarəçilik sahəsində məsul vəzifələrə gətirmişdir. 1991-ci ildə Xızı Rayon Gənclər və İdman İdarəsinin rəisi, elə həmin ilin noyabrında isə Xızı qəsəbə İcra nümayəndəsi təyin olunmuşdur. Onun idarəçilik bacarığı, əhali arasında nüfuzu və təşəbbüskarlığı yüksək qiymətləndirilərək, 2001-ci ilin iyun ayında Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini, daha sonra isə 2002-ci ilin iyunundan 2005-ci ilin dekabr ayınadək Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərmişdir.

Xudayət Cabbarovun siyasi fəaliyyəti təkcə icra strukturlarında rəhbər vəzifələrdə çalışmaqla məhdudlaşmır. O, ən çətin dövrlərdə , Ulu Öndər Heydər Əliyevin ideyaları ətrafında rayon ictimaiyyətini birləşdirməyə çalışıb. 1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasının (YAP) Xızı rayon təşkilatının yaradıcılarından biri olmuş və 12 il boyunca bu təşkilata sədr kimi rəhbərlik etmişdir. Bu müddət ərzində o, partiyanın yerli təşkilatlarını möhkəmləndirmək, gənclərin siyasi proseslərə cəlb olunmasını təmin etmək və dövlət siyasətini rayon səviyyəsində layiqincə təbliğ etmək istiqamətində mühüm addımlar atmışdır.

Xudayət Cabbarovun həyat yolu, əzmkarlığın, xalqla sıx təmasının və dövlətə sədaqətlə xidmətin real nümunəsidir. Onun fəaliyyəti Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yer tutur və gələcək nəsillərə örnək təşkil edir. Məhz ona görə də, Xudayət Cabbarov 2023-cü ildə Ulu öndər "Heydər Əliyevin 100 illiyi(1923-2023)" yubiley medalı ilə təltif edilmişdir.

Ceyhun Rasimoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri