Icma.az
close
up
RU
Xudu Məmmədov məktəbinin istedadlı yetirməsi

Xudu Məmmədov məktəbinin istedadlı yetirməsi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uzun illərdir Azərbaycandan uzaqlarda yaşayan, Vətənlə də sıx əlaqələr saxlayan dünya şöhrətli elm adamı, Dövlət mükafatçısı, Türkiyənin Bilkənd Universitetinin professoru Əmirulla Məmmədov həm də xaricdə yaşayıb fəaliyyət göstərən görkəmli soydaşlarımızı ölkəmizdə öyünclə tanıdır.

Bugünlərdə o, daha bir məşhur alimimizdən – Hacalı Nəcəfoğludan söhbət açanda dedi ki, bu insan dünya şöhrətli kristalloqraf, yurdsevər elm xadimi unudulmaz Xudu Məmmədovun nadir yetirmələrindən biridir. Dekabrın 14-də Xudu müəllimin doğum günündə onun davamçısının hansı mərtəbələrə yüksəldiyini oxucularınıza çatdırsanız, 70 yaşlı alimimizi ölkəmizdə daha yaxından tanıyarlar, bundan onun ustadının da ruhu şad olar. Beləliklə, Hacalı Nəcəfoğlu kimdir və öz müəllimi Xudu Məmmədovun elmi məktəbini necə davam etdirib?

Professor Əmrulla Məmmədovun bu təqdimatının, akademik Rəfael Hüseynovun “sakit, dinc təbiətinə rəğmən həmişə nadinc, yenilikçi, bir qədər də sabaha baxan alim” qənaətinin izi ilə Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin kafedra müdiri Hacalı Nəcəf oğlu Nəcəfovun sorağına düşdük. Əvvəlcə 10 il əvvəl 60 illiyi münasibətilə Türkiyənin “Kanyılmaz” nəşrlər evində kütləvi tirajlanan “Professor Hacali Nəcəfoğluna ərməğan” kitabında Muxtar Kazımoğlu, Əziz Ələkbərli, Əli Şamil, İradə Tuncay, Vurğun Əyyub, Babək Qurbanov və çoxsaylı ziyalıların onun barəsində yazdıqları ürək sözlərini oxuduq, bu topludan kifayət qədər məlumat əldə etdik.

Kimya və kristalloqrafiya sahəsində dəyərli elmi işləri ilə tanınan Hacalı müəllim 1955-ci ildə Hacıqabulda anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunması isə onun elmi yolunun əsas başlanğıcı olur. Tələbəlik dövründə həm fənlərə dərindən yiyələnir, həm də ilk elmi tədqiqatları maraqla qarşılanır. Fakültədə cəmi bir tələbəyə verilən nüfuzlu “Lenin təqaüdü”nə layiq görülməsi də onun gələcək uğurlarının ilk göstəricisi olur.

Təhsili başa vurduqdan sonra görkəmli alim Xudu Məmmədovun rəhbərliyi ilə dissertasiya müdafiə edib və 1985-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim kimi çalışıb. Sonralar ölkədə ictimai-siyasi dəyişikliklər onun həyat yolunu Türkiyəyə aparıb. 1992-ci ildən Ərzurum Atatürk Universitetində, daha sonra isə Qars Kafkas Universitetində dosent və professor kimi fəaliyyət göstərib. Burada Qərb və Slavyan dilləri, eləcə də Çağdaş Türk Ləhcələri bölümlərinin təşkili, həmçinin Türkiyədə Azərbaycan dili və ədəbiyyatının ali səviyyədə tədrisinin başlatılması kimi mühüm təşəbbüslərin müəllifi olub.

Hacalı Nəcəfoğlu Xudu Mǝmmǝdovun rǝhbǝriyi ilə başlatdığı vǝ uzun illərdir kristalloqrafiya sahəsində apardığı araşdırmalarla elmi rǝhbǝrindǝn ilhamlanaraq, təkcə elmin deyil, həm də incəsənətin dərin qatlarına nüfuz edən bir alim obrazı formalaşdırmışdır. O, kristalların adi gözlə görünməyən, heyrətamiz dərəcədə harmonik və simmetrik quruluşunu rentgen şüaları vasitǝsilǝ araşdıraraq təbiətin bu gizli nizamının insan yaradıcılığında necə əks olunduğunu incə müşahidələrlə ortaya qoyur. Rəssamlıq, toxuculuq, xalı-kilim ornamentləri və memarlıq nümunələrində kristal strukturlarına bənzər ritm, nizam və ahəng axtarışları onun elmi-mədəni düşüncəsinin ayrılmaz hissəsinə çevrilmişdir.

Bu yanaşma, şübhəsiz, akademik Xudu Məmmədovun elmi-estetik mirasının davamı kimi dəyərləndirilə bilər. Hacalı müəllimin özünün yazdığı kimi: “Xudu müǝllimin seminarında müasir kimyanın aktual problemlǝrindǝn söhbǝt aparılırdı. Onun “Elm öyrǝnib sonra elmlǝ mǝşğul olmaq, hǝyatı öyrǝnib sonra yaşamağa bǝnzǝyir” sözlǝri çoxumuzu hǝlǝ tǝlǝbǝ ikǝn elmi işlǝ mǝşğul olmağa hǝvǝslǝndirdi. Neçǝmizin ustadı oldu”.

Hacalı müəllim həm elmi-pedaqoji fəaliyyəti, həm də geniş dünyagörüşü ilə Xudu Məmmədov məktəbinin layiqincə yaşadıldığını nümayiş etdirir. Kristalloqrafiya sahəsində apardığı tədqiqatlar beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınmış, müxtəlif nüfuzlu simpozium və konfranslarda onun məruzələri elmi diskursun bir hissəsinə çevrilmiş, Türkiyənin “Yeni Şəfəq” kimi məşhur mətbuat orqanlarınn diqqətindən yayınmamışdır. Kristal quruluşlarında gizlənmiş simmetriyanı və estetik mükəmməlliyi incəsənət nümunələri ilə əlaqələndirməsi isə onun daxili harmoniyasının, yaradıcılıq duyumunun və gözəllik axtarışlarının bariz göstəricisidir.

Lakin Hacalı Nəcəfoğlunun fəaliyyəti bununla məhdudlaşmır. Xudu Məmmədovdan aldığı elmi-estetik mirası böyük məsuliyyətlə davam etdirən Hacalı müəllim klassik Azərbaycan ziyalısı obrazının müasir dövrdəki nümunəvi təzahürlərindən biridir. Öz sahəsində yüksək ixtisaslı alim olmaqla yanaşı, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və tarixinə dərindən bələdliyi ona bu sahələrdə də əsaslı, elmi-populyar fikirlər söyləmək imkanı verir.

Onun nəşr olunmuş əsərlərinin siyahısına nəzər salmaq kifayətdir ki, bu çalışqan alimin geniş dünyagörüşü və çoxşaxəli elmi maraqları təsəvvür olunsun: kimya, siyasət, tarix, ədəbiyyat və mədəniyyət mövzularında Azərbaycan və Türkiyə türkcəsində, rus və ingilis dillərində yayımlanmış məqalələr bunun bariz nümunəsidir. İnternet resurslarında Hacalı müəllimin Azərbaycan mədəniyyəti, dil məsələləri, ədəbiyyat və ümummilli mövzularla bağlı çoxsaylı çıxış və yazılarına rast gəlmək mümkündür.

Xudu müəllimin ideyalarını yeni yanaşmalarla daha da zənginləşdirməyə çalışan alimin çoxsaylı məqalələrinin Rusiyanın, İngiltǝrǝnin, Hollandiyanın, Fransanın, İranın, Türkiyənin və digər ölkələrin nüfuzlu elmi jurnallarında çap olunması onun beynəlxalq elmi nüfuzunun göstəricisidir. Bu fakt, eyni zamanda, Hacalı müəllimin kimya və xüsusilə kristalloqrafiya sahəsində artıq öz elmi məktəbini formalaşdırmaqda olduğunu da ehtimal etməyə əsas verir.

Bununla belə, Hacalı Nəcəfoğlunun yalnız təbiət elmləri ilə məhdudlaşmayan intellektual dünyası ayrıca qeyd olunmalıdır. Onun erməni millətçiliyinin ifrat formaları, uydurma siyasi konsepsiyalar, tarixi saxtakarlıqlar haqqında qələmə aldığı məqalələr elmi arqumentlərin dəqiqliyi və mövzunun dərindən mənimsənilməsi ilə seçilir.

Hacalı müəllim hələ ötən əsrin 1970-ci illərindən Azərbaycan mətbuatında aktiv çıxış edərək günün ən mühüm məsələlərini publisist üslubda, aydın və ciddi mövqe ilə qələmə alırdı. O, Mirzə Cəlilin realist publisistika ənənəsini özünəməxsus şəkildə davam etdirərək müxtəlif imzalar altında – Əbu Əli, Tanıdım, Müsavat Kommunstoğlu, Ekstremist Nəsrəddin və başqa – cəmiyyətin ən ağrılı nöqtələrinə toxunurdu. “Türk zəkası”, “Müstəqillik”, “Yazıda bölücülük”, “Böyük qardaş sindromu”, “Dövlət dilimiz”, “Türkofobiya – erməni xəstəliyi” kimi yazılarında o, dil, kimlik, milli yaddaş, siyasi şüur və mədəni özünüdərk məsələlərinə peşəkar yanaşma sərgiləyirdi. 1990-cı illərin əvvəllərindən Türkiyədə fəaliyyətini davam etdirdiyi müddətdə də elmi-publisist istiqamətini dəyişməmişdir. Qarsda, Ərzurumda və Türkiyənin digər elmi-mədəni mərkəzlərində o, həm bir alim, həm bir mədəniyyət araşdırıcısı kimi türkçülük–azərbaycançılıq mövqeyindən çıxış etmişdir.

Hacalı müəllim Azərbaycanı tanıtmaq məsələsində hər zaman fövqəladə həssaslıq göstərən ziyalılardandır. O, Türkiyədə Azərbaycanla bağlı yayılan hər bir məlumatı diqqətlə izləyir. Qarsdakı Azərbaycan konsulluğunun müxtəlif təşəbbüslərində, qarşıya çıxan problemlərin həllində də Hacalı müəllimin müdrik məsləhətinə, nüfuzuna və savadına tez-tez ehtiyac duyulur.

Ömrünün 70-ci ilini yaşayan professor Hacalı Nəcəfoğlu bu gün də ölkəmizin adını layiqincə təmsil etməkdə davam edir. Onun Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”, “Tərəqqi”, “Diaspor fəaliyyətində xidmətə görə” medalları və digər mükafatlara layiq görülməsi, illər ərzində göstərdiyi böyük zəhmət və fədakar fəaliyyətin qiymətidir. İnanırıq ki, Hacalı müəllim bundan sonra da Azərbaycan elminə və mədəniyyətinə yeni töhfələr verəcək, xalqını daha yüksək zirvələrdə təmsil edəcək.

Sonda Xudu Məmmədovun 50 yaşının tamam olduğu gündə – 14 dekabr 1977-ci ildə tələbələrinin onunla çəkdirdikləri xatirə şəklini oxucularımıza təqdim edirik. Böyük alimin sağ tərəfində ayaqüstə dayanan isə Hacalı Nəcəfovdur.

Namiq ƏHMƏDOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri