Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Xülya Sabirli beynəlxalq mükafata layiq görüldü Azərbaycanda ilk dəfə!

Xülya Sabirli beynəlxalq mükafata layiq görüldü Azərbaycanda ilk dəfə!

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli beynəlxalq “Stevie® Awards for Women in Business” müsabiqəsinin qalibi olub.

Moderator.az xəbər verir ki, o, 23-cü dəfə keçirilən müsabiqədə “İlin ən innovativ qadını – dövlət və ya qeyri-kommersiya sektoru” (“Most Innovative Woman of the Year – Government or Non-Profit”) nominasiyası üzrə “Bürünc Stevie” (Bronze Stevie® Award) mükafatına layiq görülüb. Bununla da Xülya Sabirli beynəlxalq Stevie mükafatını qazanan ilk azərbaycanlı jurnalist olub. Bu məlumat Stevie Awards təşkilatçıları tərəfindən də rəsmi olaraq təsdiqlənib. Müsabiqənin yekun nəticələri noyabrın 16-da ABŞ-nin Nyu-York şəhərində, Marriott Marquis hotelində keçirilən mükafatlandırma mərasimində açıqlanıb. 

Mükafata Xülya Sabirlinin 2025-ci ilin aprelindən etibarən ADNSU-da rəhbərlik etdiyi kommunikasiya və brend transformasiyası əsas olub. Beynəlxalq münsiflərin qiymətləndirməsinə təqdim edilən layihə universitetin kommunikasiya fəaliyyətinin yenilənməsini, vahid vizual kimliyin və redaksiya standartlarının formalaşdırılmasını, yeni rəqəmsal media formatlarının yaradılmasını, eləcə də tələbələr, məzunlar və digər auditoriyalarla əlaqələrin inkişaf etdirilməsini əhatə edib.

Transformasiya çərçivəsində universitetin kommunikasiya fəaliyyətinin yalnız rəsmi məlumatların yayılması ilə məhdudlaşmaması, müxtəlif auditoriyalar üçün daha maraqlı və əlçatan məzmunun hazırlanması əsas məqsədlərdən biri olub. Bu istiqamətdə “Bumeranq”, “Lektor”, “AZI Zoom” və “AZI News” kimi yeni media layihələri yaradılıb, universitetin rəqəmsal platformalarında vahid kommunikasiya yanaşmasının tətbiqinə başlanılıb.

Münsiflər heyətinin rəylərində Xülya Sabirlinin universitet kommunikasiyasına gətirdiyi yeniliklər, brendin yenilənməsi ilə yeni media formatlarının əlaqələndirilməsi, tələbəyönümlü təşəbbüslər və kommunikasiya fəaliyyətinin sistemli şəkildə qurulması müsbət qiymətləndirilib. Rəylərdə xüsusilə qısa müddət ərzində universitetin ənənəvi xəbər və elan modelindən müxtəlif auditoriyalara istiqamətlənmiş, mütəmadi məzmun istehsalına əsaslanan kommunikasiya modelinə keçidi diqqətə çatdırılıb.

Qeyd edək ki, Xülya Sabirli ictimaiyyətlə əlaqələr, strateji kommunikasiya, media və ali təhsil sahələrində 15 ildən artıq peşəkar təcrübəyə malikdir. O, daha əvvəl ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-da İctimaiyyətlə əlaqələr üzrə menecer, Kapital Bank-da PR eksperti, Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən “Qayğı-Sağlam Nəsil Naminə” İctimai birliyində mətbuat xidmətinin rəhbəri, müxtəlif media qurumlarında journalist, televiziya aparıcısı və reportyor kimi çalışıb. Həmçinin, ADA Universiteti, UFAZ, UNEC, BDU və digər ali təhsil müəssisələrində ictimai çıxış, akademik və biznes kommunikasiyası fənnlərini tədris edib. Xülya Sabirli eyni zamanda dörd bədii kitabın müəllifidir.

Stevie Awards haqqında

2002-ci ildə təsis edilən Stevie Awards beynəlxalq biznes mükafatları proqramıdır. Onun doqquz mükafat proqramından biri olan “Stevie Awards for Women in Business” dünyanın müxtəlif ölkələrindən qadın rəhbərlərin, sahibkarların, mütəxəssislərin və qadınların rəhbərlik etdikləri təşkilatların nailiyyətlərini qiymətləndirir.

2026-cı ildə müsabiqəyə 56 ölkədən 1500-dən çox nominasiya təqdim olunub. Qaliblərin müəyyənləşdirilməsində səkkiz ixtisaslaşmış münsif heyətində təmsil olunan 210-dan çox biznes mütəxəssisi iştirak edib.

Mükafatın 2026-cı il üzrə qızıl, gümüş və bürünc qaliblərinin tam siyahısı təşkilatın rəsmi internet saytında dərc olunub.

Rəsmi mənbə: https://women.stevieawards.com/awards/sawib-winners/2026/Individual-Winners

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see318

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see299

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see291

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see284

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see274

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see266

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see259

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see252

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see251

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see246

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see237

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see231

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see227

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see218

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see212

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see208

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri