Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Xüsusi texnikaların alınmasına milyonlar xərclənən Xəzər rayonunda zibil niyə eşşək arabası ilə daşınır

Xüsusi texnikaların alınmasına milyonlar xərclənən Xəzər rayonunda zibil niyə eşşək arabası ilə daşınır

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən sosial şəbəkələrdə bir kişinin Zirə qəsəbəsində eşşək arabası ilə zibil daşıdığını əks etdirən bir video yayılıb. Məsələ sosial mediada geniş rezonans doğurub. Videoda qeyd edilir ki, zibil daşıma işini Zirə bələdiyyəsi həyata keçirir. Məsələyə aydınlıq gətirmək üçün bələdiyyə ilə əlaqə saxlayan bakupost.az-a bildiriblər ki, videodan məlumatlıdırlar, lakin həmin zibili onlar yığmır. Məsuliyyət daşıyan qurum kimi Xəzər rayon İcra Hakimiyyətini göstəriblər. İcra Hakimiyyəti ilə əlaqə saxladıqda isə qəti cavab alıblar:”Ümumiyyətlə, zibil yığmaq bizim səlahiyyətimizdə deyil. Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxlayın”. Burada isə zəngə cavab verən xanım bizi səlahiyyətli şəxsə yönləndirsə də, o, telefona cavab vermədi.

Beləliklə, bir videodan məlum olur ki, faktiki olaraq Zirədə zibil yığılmır və bunu heç bir rəsmi qurum da inkar etmir. Bir az araşdırdıqda məlum olur ki, problem təkcə bu ilin məsələsi deyil. Sakinlər bildiriblər ki,ötən il də eyni problemi dilə gətiriblər ki, qəsəbədə zibil konteynerləri yoxdur, küçələr isə zibil yığınları ilə doludur: “Qəsəbə ərazisinə baxış keçirsəniz, özünüz görəcəksiniz. Zibil dizə çıxır. Nə konteyner qoyurlar, nə də maşın gəlir zibili daşımağa. Məcbur olub eşşək arabası ilə zibil daşıyırıq. 5 manatdan yığıb eşşəyin sahibinə veririk ki, zibilləri yükləyib aparsın.”

Mövzu ilə bağlı Aktualinfo.org-da müəyyən araşdırmalar aparmalı oldu. Məlum oldu ki, Xəzər İcra Hakimiyyətindən zibil daşımağa məsul qurum kimi göstərilən Mənzil Kommunal Təsərrüfat Birliyi son illər müəssisə üçün nəqliyyat vasitələrinin alınmasına xeyli dövlət cəsaiti xərcləyib.

Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumata görə Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 21.06.2021-ci ildə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə “İMPROTEX TRUCKS AND BUSES” MMC ilə 457.151,35 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Şərtlər toplusuna görə Təsərrüfat Birliyi 1 ədəd bərk məişət tullantılarının daşınması üçün nəqliyyat vasitəsi (həcmi 22m3 üst qurğusu ilə) üçün MMC -yə yarım milyon manata yaxın dövlət vəsaiti ayırırb.

Ondan əvvəl isə kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi “İMPROTEX TRUCKS AND BUSES” MMC ilə 457.151,35 manat məbləğində də bir nəqliyyat vasitəsi alıb. Bu müqaviləni isə 09.12.2020-ci ildə bağlayıb.

Nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə bir müqavilə də “AZ-TEX-IMPORT” MMC ilə 09.12.2020-ci ildə bağlanılıb. Bir ədəd texnikanın alınması üzrə bağlanmış bu müqavilənin dəyəri 158.120 manat təşkil edib.

Bunlardan əlavə Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi son illər balansında olan nəqliyyat vasitələrinə ehtiyat hissələrinin satın alınmasına da xeyli vəsait xərcləyib.

03.05.2021-ci ildə “STONE CONSTRUCTİON” QSC ilə 137.971,5 manat dəyərində, müxtəlif təyinatlı hissələrin satınalınması üzrə 187.519,7 manat dəyərində “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC ilə 21.10.2022-ci ildə, müəssisənin balansında olan əsas vəsaitlərə texniki qulluq məqsədli bir sıra malların satın alınması üzrə 251.609,04 manat dəyərində “BİLGƏ QRUP” QSC ilə 14.12.2023-cü ildə, əsərrüfat işçiləri üçün nəzərdə tutulan müxtəlif növ təmir mallarının satın alınması üzrə 87.176,28 manat dəyərində “BİLGƏ QRUP” QSC ilə 19.09.2024-cü ildə, müxtəlif növ malların satın alınması üzrə 32.222,26 manat dəyərində “CASPİAN EXPERT GROUP” MMC ilə 13.12.2024-cü ildə müqavilələr bağlanılıb.

Bunlardan əlavə Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 09.12.2020-ci ildə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC ilə avadanlıqların satınalınması 434.263,6 manat dəyərində müqavilə bağlayıb. Şərtlər toplusuna görə 1000 lt tutumu olan 187 ədəd zibil konteyneri, 100 lt tutumu olan 55 ədəd zibil üçün plastik materialdan konteyner, 2.000 ədəd konteyner üçün tormuzlu təkər alınıb.

Qeyd edək ki, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovdu. O, Prezident İlham Əliyevin 05 fevral 2019-cu il tarixli Sərəncamı ilə bu vəzifəyətəyin edilib. O, 2014- 2018-ci ilin sentyabr ayına qədər Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb və 2018-ci ildə dövlət qulluğunda irəli çəkilərək, Xəzər rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifələrinə təyin edilib.

Xatırladaq ki, Xəzər rayon İcra Hakimiyyətinin əvvəlki başçısı Gülağa İslamov olub. Gülağa İslamovun Xəzər rayonunu ailəliklə idarə etməsi barədə mətbuatda kifayət qədər geniş məlumatlar var. Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi sədri vəzifəsində də vaxtılə başçı olmuş Gülağa İslamovun qardaşı Böyükağa İslamov olub. Hazırda isə sözügedən vəzifəni Böyükağa İslamovun oğlu Hikmət İslamov tutur. Göründüyü kimi hazırki İcra başçısı Elşən Salahov keçmiş başçı Gülağa İslamovun ən yaxın adamlarından olub. Elşən Salahov da keçmişinə sadiq qalaraq sabiq başçının qohumları ilə Xəzər rayonunu idarə edirlər.

Satınalmaların portalından əldə etdiyimiz məlumatlardan da göründüyü kimi Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi son illər nəqliyyat və xüsusi texnikaların satınalınmasına, o cümlədən onlara ehtiyyat hissələrinin alınması məqsədi ilə milyonlarla mant dövlət vəsaiti xərcləyib. Biz hələ Bakı şəhər İcra Hakimiyyəti, onun tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı Departamenti vasitəi ilə alınan xüsusi texnikaları və zibil qutularını da bura saymırıq. Onları da araşdırıb əlavə etsək, buraya son illər daha çox büdcə vəsaitinin ayrıldığını görmüş olarıq. Belə olan halda Xəzər rayonunun qəsəbələrində zibil nədən həmin xüsusi texnikalar vasitəsi ilə deyil, eşşək arabası ilə yığılır?

Aktualinfo.org

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 İyul 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see476

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see375

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see336

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see289

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see288

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see283

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see200

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see134

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri