Icma.az
close
up
RU
Xüsusilə külli miqdarda vergi olan şirkət yenə cəzalandırıldı

Xüsusilə külli miqdarda vergi olan şirkət yenə cəzalandırıldı

Nəsimi Rayon Məhkəməsində "Vəlioğlu-2018" MMC yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərara əsasən şirkət cərimələnib.

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. MMC bundan əvvəl Mərkəzi Bankın tərtib etdiyi (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) protokola əsasən cərimələnmişdi. 

Qeyd: Qeyd: Dövlət qeydiyyatına 2018-ci ildə alınan MMC-nin qanuni təmsilçisi Vəli Kazım oğlu Əkbərovdur, hazırda dövlətə olan borc xüsusilə külli miqdardadır, yəni 3 783 024 AZN-dir. Şirkət Türkiyə istehsalı olan “Predo baby” uşaq bezlərinin, Kanadanın “Green Gate” şirkətinə məxsus “Lexi” təmizlik məhsullarının, İndoneziya istehsalı “Kris” sabunlarının, “Actodermanol” dezinfeksiya məhsulunun Azərbaycandakı rəsmi distribütorudur. V.Əkbərov həm də "Top Supermarket" MMC-nin qanuni təmsilçisidir. Bu MMC-nin də dövlətə 738 670 manat vergi borcu var.

Xəyal Quliyev

seeBaxış sayı:97
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri