Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

XVI əsr italyan tarixçi Şah İsmayılı bu cür təsvir edir

XVI əsr italyan tarixçi Şah İsmayılı bu cür təsvir edir

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bu kitab ilk dəfə 1551-ci ildə çap edilib. Əldəki nüsxə portretli və bəzəkli nəşrdir – 1575-ci ilə aid. Kitabın latınca adı “Elogia virorum bellica virtute illustrium” (Hərbi şücaətləri ilə məşhur olan kişilərin tərifi”). Müəllif İtalyanın nüfuzlu tarixçilərindən Paolo Coviodur. Rəsmlərin müəllifi isə Tobias Stimmerdir.

Covio Səfəvi ordusunun döyüş taktikaları, qızılbaşların cəsarəti və Azərbaycan coğrafiyasının strateji əhəmiyyəti haqqında qeydlər aparıb. Bu məlumatları əldə etmək üçün o, Səfəvi elçiləri və Şərqdən qayıdan səyyahlarla birbaşa təmasda olub, onlarla ünsiyyət qurub.

Kitabın PDF variantı

Kitabda dövrün məşhur sərkərdələri, o cümlədən Osmanlı sultanları və onların rəqibləri haqqında məlumatlar var. Buraya Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Xətai da daxildir. Covio onu “Sophi” (Sofi/sufi - red.) deyə təqdim edir, hərbi qabiliyyətlərini tərifləyir, xüsusilə Çaldıran döyüşündəki roluna və döyüş meydanındakı cəsarətinə diqqət çəkir.

Paolo Covio Şah İsmayıl haqqında yazarkən həm tarixçi, həm də heyran kimi çıxış edir. O, İsmayılı sadəcə bir hökmdar deyil, “möcüzəvi fenomen” kimi təsvir edir.

Covio Şah İsmayılı qədim Roma və Yunan qəhrəmanları ilə müqayisə edir, onu Şərqin “parlayan ulduzu” adlandırır. Bildirir ki, Səfəvi döyüşçüləri qılınc və oxla vuruşmağı “kişilik”, odlu silahlardan istifadəni isə “qorxaqlıq” hesab edirlər.

Covio Şah İsmayılın xarici görünüşünü də təsvir edir: yaraşıqlı, parlaq gözlü, cəsur simalı, qorxmaz və döyüşlərdə şəxsən iştirak edən bir sərkərdə. Tobias Stimmerin qravürü bu gün Şah İsmayılın Avropadakı ən məşhur təsvirlərindən biri hesab edilir. Covionun qeyd etdiyi bir detal xüsusi maraq doğurur: o, Şah İsmayılı “qızıl saçlı, yaraşıqlı və cəsur bir hökmdar” kimi təqdim edir.

Şah İsmayılın ordusuna gəlincə, Covio onların döyüşkənliyini, at çapmaq məharətini və oxatma qabiliyyətini məhz “türk ruhu” ilə əlaqələndirir. Onun nəzərində Şahın mənsub olduğu xalq və coğrafiya cəsur döyüşçülərin əsas mərkəzidir.

Covio Şah İsmayılı “Persarum Rex” (“Pers şahı”) adlandırsa da, onun idarə etdiyi əhalinin Osmanlı tabeliyindəki türklərlə eyni kökdən gəldiyini, lakin dini etiqadca – şiəlikdə – fərqləndiyini aydın şəkildə anlayır. Covionun qənaətinə görə, Şah İsmayıl özünü türk dilində ifadə edən, türkmən hərbi elitasına mənsub və Azərbaycanı dövlətin mərkəzi seçən bir hökmdardır.

Müəllif açıq şəkildə yazır: “İsmayılın kökləri oturaq fars mədəniyyətindən deyil, çölün döyüşkən və azad ruhlu insanlarından, türklərdən gəlir”.

Covio üçün Azərbaycan xalqı sadəcə bir etnik qrup deyil – o, Şərqin “mühafizəçiləri”dir. Covio qeyd edir ki, bu xalqın yaşadığı torpaqlar həm Osmanlı, həm də digər Şərq gücləri üçün keçilməz bir sədd rolunu oynayır.

Onun fikrincə, Azərbaycan xalqı hərbi şücaəti ilə hətta Roma sərkərdələrini belə kölgədə qoya biləcək potensiala malikdir. Covio yazır ki, Azərbaycanın və Şərqin bu döyüşçüləri şaha o qədər sadiqdirlər ki, döyüşə gedərkən zireh geyinməkdən belə imtina edirlər.

Covio Şah İsmayılın ordusunun – qızılbaşların – Anadolu və Azərbaycanın müxtəlif türk tayfalarından təşkil olunduğunu vurğulayır. Bu döyüşçü sinfinin ana dili Azərbaycan türkcəsi idi. Müəllif qeyd edir ki, Şah öz əsgərləri ilə eyni ruhda, eyni dildə danışır və onları məhz bu dildə ruhlandırırdı.

Paolo Covionun nəzərində Çaldıran döyüşündəki Şah İsmayıl “texnologiyaya uduzan antik bir qəhrəman” obrazındadır. O, İsmayılın məğlubiyyətini onun zəifliyi ilə deyil, Sultan Səlimin “hiyləgər” və “qeyri-insani” odlu silahları ilə izah edir.

Covio Azərbaycan coğrafiyasındakı yer adlarını – Təbriz, Ərdəbil, Xoy – qeyd edərkən, bu bölgələrin məhz türkdilli əhali tərəfindən məskunlaşdığını və dövlətin siyasi nüvəsinin burada formalaşdığını təsdiq edir.

Şahın babası Uzun Həsən barədə italyan tarixçisi yazır ki, o, Azərbaycanın hərbi gücünü birləşdirən və Avropa diplomatları ilə şəxsən müzakirələr aparan çox müdrik bir lider idi.

Covio əsərində Azərbaycan xalqının bu "türk-döyüşçü" xarakterini Şah İsmayılın şərqdəki sürətli uğurlarının əsas səbəbi kimi göstərir. Nəticə olaraq deyə bilərik ki, Paolo Covio üçün Şah İsmayılın türk kökləri onun hərbi gücünün, sarsılmaz iradəsinin və qızılbaşlar üzərindəki mütləq hakimiyyətinin rəmzidir.

Covio İsmayılı “Persia” taxtında əyləşmiş, lakin bütün gücünü Azərbaycanın və ətraf bölgələrin türkmən ruhundan alan bir “Skit imperatoru” kimi təsvir edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Aprel 2026 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see636

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see437

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see435

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see401

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see385

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see381

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see342

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see281

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see266

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see264

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see246

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see242

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see228

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see228

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see224

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see223

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see219

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see219

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see214

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri