Icma.az
close
up
RU
“Ya dünya çempionu olacaq, ya da bütün futbolçuları qətlə yetirəcək”

“Ya dünya çempionu olacaq, ya da bütün futbolçuları qətlə yetirəcək”

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya gözlənilməz xəbərdən silkələnib: söhbət Cennaro Qattuzonun bu ölkənin milli komandasının baş məşqçisi təyin olunmasından gedir. Artıq Romada rəsmi təqdimat mərasimi də keçirilib.

"Football-plus.az" xəbər verir ki, “Milan”ın sabiq yarımmüdafiəçisinin məşqçi korpusuna Leonardo Bonuççi və Andrea Bartsalyi də daxil olub. Canluka Zambrotta ilə Simone Perrotta isə “Club Italia”da post tutacaq – bu orqan milli komandanın fəaliyyətini əlaqələndirir. Bu təyinatlar “göylər göylər üçündü” adlanan yeni layihənin işə salınması ilə üst-üstə düşüb. Belə dəyişikliklər heç də bütün azarkeşlərin ürəyincə olmayıb.
Müqavilənin detalları
“Sport Mediaset” nəşri xəbər verir ki, Qattuzo İtaliya Futbol Federasiyası ilə sonradan daha birilliyə uzadılmaq şərti ilə birillik müqavilə bağlamaq niyyətindəymiş. Bu xəbəri nüfuzlu insayder Canluka Di Marsio da təsdiqləyir: yığma 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanarsa, 47 yaşlı mütəxəssislə müqavilə yenilənəcək. Qattuzo yığmanın baş məşqçi postuna heç də yeganə namizəd olmayıb. Sadəcə, Klaudio Ranyeri ilə Stefano Pioli Luçano Spallettinin boşaltdığı postu tutmaq istəmədiyindən futbol qurumu belə seçim edib.
Karyera
Qattuzo 12 illik məşqçi karyerası dövründə 9 klubda olub, “Milan”ın həm gənclərini, həm də əsas komandasını çalışdırıb. “Napoli” ilə 2019/20 mövsümündə qazandığı ölkə kuboku hələ ki yeganə böyük uğurudu.
Cennaronun təyinatının “skuadra adzurra”nın azarkeşlərində sual doğurması təbiidi. Axı o, heç vaxt uzunmüddətli strategiya qurması ilə seçilməyib. Milli komanda üçün isə bu, klublarla müqayisədə daha vacibdi. Odu ki, italiyalıların bu təyinata reaksiyası anlaşılandı. Şərhlərin yalnız bir neçəsinə baxaq: “İndi əvvəlkindən də 10 dəfə pis olacaq”, “yığmanın gələcəyindən çox narahatam”, “ardıcıl üçüncü dünya çempionatı İtaliyasız olacaq”, “bizdə, ümumiyyətlə, İtaliyanı DÇ-də görməyəcək nəsil yetişir”...
Maraqlıdı ki, Qattuzonun indiyə qədər çalışdırdığı İsveçrə, Yunanıstan, İspaniya, Fransa və Xorvatiya klublarında birvaxtların parlaq dayaq yarımmüdafiəçisində iki sonrakı addımı hesablaya bilən məşqçi bacarığı görməyiblər. Və o, çox çətin bir dönəmdə yığmanın “sükanı arxasına” keçməyə qərar verir. İtaliya ardıcıl 3-cü dəfə dünya çempionatını buraxmaq təhlükəsi ilə üzləşib.
Qattuzonun əsas “kartı” motivə etmək bacarığı, oyunçuları nəticəyə nail olmaq yolunda maksimum kökləməkdi. Qələbələrin çox vacib olduğu indiki məqamda bu keyfiyyətlər işə yaraya bilər. İndi İtaliyada Qattuzoya həsəd aparan yoxdu, axı yığmada uğursuzluğa düçar olacağı halda, A seriyasının nəhənglərindən heç biri ona inanmayacaq. Cennaronun sonuncu iş yeri “Hayduk” olub, iyunun əvvəlində Xorvatiya klubundan ayrılıb. Xorvatiyada da emosional davranışla yadda qalıb. Məsələn, “Rieka”ya məğlubiyyətdən (0:3) sonra fləş-müsahibə verməli olduğu yerə yaxınlaşan baş məşqçi futbol eskperti Yoşko Yeliçiçin əlini sıxmaqdan imtina edib: “Hədsiz çox çərənləyirsiz. Sizə hörmət etmirəm, pis adamsız. Sizlə sonuncu dəfə danışıram”.
Ardından baş məşqçi “Hayduk”un və “Sevilya”nın sabiq oyunçusu ilə ingilis, ispan dillərində atışıb. Açıq-aydın görünürdü ki, Qattuzo canlı efirdə onunla dalaşmağa hazırdı, sadəcə, aparıcı Valentina Miletiç vaxtında vəziyyətə müdaxilə etdi.
Demək istədiyimiz odu ki, Cennaro ənənəvi xarakterindən əl çəkməyib. Onun çalışdırdığı yığmaya baxmaq maraqlı olacaq. Sosial şəbəkələrdə artıq bu zarafat geniş yayılıb: “ya İtaliya dünya çempionu olacaq, ya da Qattuzo bütün futbolçuları qətlə yetirəcək. Üçüncü variant yoxdu”.
Yeri gəlmişkən...
21-ci əsrdə İtaliya yığmasına bu mütəxəssislər rəhbərlik edib: Covanni Trappatoni (2000-04), Marçelo Lippi (2004-06, 2008-10), Roberto Donadoni (2006-08), Çezare Prandelli (2010-14), Antonio Konte (2014-16), Can Pyero Ventura (2016-17), Luici Di Byaco (2018), Roberto Mançini (2018-23), Luçano Spalletti (2023-25).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 İyun 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri